Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin dövriyyəsi 26 % artıb
Heydər Əliyev Beynəlxalq Aeroportu bu ilin noyabrında 595 min sərnişinə xidmət göstərib.
Aeroportdan verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26 % çoxdur.
Məlumata görə, beynəlxalq istiqamətlər üzrə daşınan sərnişinlərin sayı 549 min nəfərə çatıb ki, bunun 51 %-i xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb.
Ən çox sərnişin daşınan istiqamətlər İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi və Ankara olub, bu marşrutlar üzrə ümumi sərnişin sayı 269 min nəfərdən çoxdur.
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 49 610 sərnişinə xidmət göstərilib. Bu istiqamətdə uçuşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15 %-lik artım (520 uçuş) nümayiş etdirib, lakin sərnişinlərin sayında 10%-lik azalma müşahidə olunub.
Tranzit sərnişinlərin sayı isə ötən ilin noyabr ayı ilə müqayisədə 55 % artaraq 21 674 nəfərə çatıb. Bu göstəricilər Heydər Əliyev Beynəlxalq Aeroportunun qlobal tranzit mərkəzi statusunu daha da möhkəmləndirdiyini təsdiqləyir.
Bakı aeroportu, sərnişinlərə yüksək xidmət keyfiyyəti təqdim edərək və beynəlxalq hava nəqliyyatında müasir standartlara uyğunlaşaraq, regionun dinamik və etibarlı nəqliyyat mərkəzlərindən biri kimi fəaliyyətini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)








