970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan və Belarus arasında dəmir yolu ilə müntəzəm yükdaşımaların təşkili müzakirə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Belarus arasında dəmir yolu ilə müntəzəm yükdaşımaların təşkili müzakirə edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

4 noyabr tarixində Bakıda “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müavini Arif Ağayev və Belarus Dəmir Yollarının (BDY) sədr müavini Andrey Yakobsonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

ADY-nin yaydığı məlumata görə, görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, ortaq maraq doğuran layihələrin həyata keçirilməsi, iki ölkə arasında müntəzəm yükdaşımaların təşkili, o cümlədən konteyner qatarlarla yüklərin göndərilməsi barədə fikir mübadiləsi aparılıb.

Reklam_3_11

Belarus tərəfi Azərbaycan ərazisindən keçməklə Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə Türkiyəyə, eləcə də Şimal-Cənub marşrutu ilə İrana yüklərin göndərilməsində maraqlı olduğunu bildirib.

Şimal-Cənub dəhlizi üzrə əməkdaşlığın gücləndirilməsi üçün bu ilin oktyabrında Rusiya Dəmir Yollarının da iştirakı ilə keçirilmiş üçtərəfli görüşdə müzakirə edilmiş tarif siyasəti, daşıma texnologiyaları və rəqəmsallaşma barədə danışıqların davam etdirilməsi razılaşdırılıb.

Görüş zamanı həmçinin ADY-nin vaqon parkının Belarus istehsalı olan hərəkət tərkibləri ilə genişləndirilməsi barədə danışıqlar aparılıb. Hər iki tərəf universal, qapalı və sistern tipli vaqonların Azərbaycana tədarükü imkanlarını müzakirə etməyə hazır olduğunu bildirib.

yükdaşımalar
04.12.2024 16:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18