Azərbaycandan Avropaya qaz ixracının artırılması üçün 18 milyard dollardan çox sərmayə tələb oluna bilər
Azərbaycandan Avropa İttifaqına (Aİ) illik qaz ixracının həcmini 20 mlrd. kubmetrə çatdırmaq üçün 18,5 mlrd. ABŞ dolları tələb oluna bilər.
Bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkətinin ölkə üzrə hesabatında bildirilib.
Hesabatda bildirilir ki, Azərbaycanın 2022-ci ildə razılaşdırıldığı kimi, 2027-ci ilə qədər Aİ-yə təbii qaz ixracını (“Şahdəniz” qaz-kondensan yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində - red.) iki dəfə artıra biləcəyi bəlli deyil.
“Hədəflənmiş 20 mlrd. kubmetr illik ixrac həcminə çatmaq üçün Azərbaycanın boru kəməri infrastrukturu genişləndirilməlidir - mövcud boru kəmərləri şəbəkəsinin lazımi həcmdə genişləndirilməsi 18,5 mlrd. ABŞ dollarına başa gələcək”, - hesabatda qeyd olunur.
"Fitch Solutions”un mütəxəssisləri hesab edir ki, Azərbaycan hökuməti və SOCAR Aİ-dən Net Sıfır siyasətinin investisiyaları ortamüddətli perspektivdə dəyərsizləşdirməyəcəyinə dair güclü təminat olmadan Azərbaycan Respublikası Dövlət Neft Fondunun kapitalından (ÜDM-in təxminən 70%-nə bərabərdir) genişlənmə xərclərini ödəmək üçün istifadə etmək istəmir.
Bildirilir ki, Paris razılaşmalarının yeni karbohidrogen layihələrinə sərmayə qoyuluşu şərtlərinə görə, yaşıl hidrogenin nəqli üçün şərait yaradılmasa, Azərbaycan boru kəməri infrastrukturunun genişləndirilməsini maliyyələşdirməyə kömək edəcək investorlar tapmaqda çətinlik çəkə bilər.
“Hidrogen uyğunluğunu təmin etmək üçün boru kəmərinin genişləndirilməsi razılaşdırılarsa, Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankından, eləcə də digər maliyyə institutlarından maliyyə yardımı ala bilər”, - hesabatda vurğulanır.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
TAP Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan təbii qazın Avropaya nəqli üzrə həyata keçirilən enerji layihələrinin kompleks dəyər zənciri olan Cənub Qaz Dəhlizinin (CQD) Avropa qoludur.
TAP-ın Yunanıstan ərazisindən keçən hissəsinin uzunluğu 551,5 km-dir. Bu, kəmərin ən uzun hissəsidir və Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayaraq, Albaniya ilə sərhəddə Leropigi kəndinin cənub-qərbində sona çatır. Kəmərin bu hissəsinə, həmçinin Kipoi və Serres yaxınlığında yerləşən 2 kompressor stansiyası daxildir. Kipoidəki birinci stansiya 10 mlrd. kubmetr qazın nəqli üçün inşa edilib və istismara verilib. Serresdəki stansiyanın tikilməsi isə kəmərin ötürücülük qabiliyyəti 20 mlrd. Kubmetrə qədər çatıdırılması üçün planlaşdırılır.
TAP boru kəmərinin Albaniyadan keçən hissəsinin uzunluğu quruda 215 km, Adriatik dənizinin Albaniya sektorunda isə 37 km-dir. TAP-ın Albaniya-Yunanıstan sərhədi yaxınlığındakı Bilişt kəndində bir ölçü stansiyası, Albaniyanın Fier bölgəsində, sahildən 400 metr aralıda isə bir kompressor stansiyası inşa olunub. Boru kəməri Fierdən 17 km şimal-qərbdə Adriatik sahilinə çatır.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
4 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
5 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
6 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
6 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
6 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
7 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
7 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR









.webp)


















.jpg)

