Azercell ahıllar üçün kibertəhlükəsizlik mövzusunda təlim keçdi
Lider mobil operator yaşlı nəslin nümayəndələri arasında rəqəmsal savadlılığın artırılmasına töhfə verir(®) “Azercell Telekom” MMC cəmiyyətin həssas qruplarının rəqəmsal savadlılığının artırılmasına yönəlmiş təşəbbüslərini həyata keçirməyə davam edir. Yaşlı nəslin nümayəndələrinin kibercinayətkarların əsas hədəf kütləsindən biri olduğunu nəzərə alan lider mobil operator sosial xidmət müəssisəsinin sakinləri üçün xüsusi təlim təşkil edib.
Azercell-in İnformasiya Təhlükəsizliyi departamentinin əməkdaşlarının keçdiyi təlim yaşlı nəslin nümayəndələrini kiberdələduzluq, fişinq hücumları barədə məlumatlandırmaq məqsədi daşıyırdı. Təlim çərçivəsində ahıllar kiberdələduzların istifadə etdiyi müxtəlif vasitələr, gündəmdə olan kiberhücumlar və onlardan qorunma yolları ilə tanış oldular. Tədbir sual-cavab sessiyası ilə davam etdi.
“Azercell Könüllüləri”nin iştirakı ilə baş tutan tədbirdə təlim iştirakçılarına xüsusi hədiyyələr də təqdim edildi.
Xatırladaq ki, Azercell cəmiyyətin həssas təbəqəsi hesab edilən uşaqların da virtual məkanda təhlükəsizliyinin təmin edilməsi üçün təlimlər keçirir və bu istiqamətdə fəaliyyətini uğurla genişləndirir.
Daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)


.jpg)


