Rusiya Mərkəzi Bankı ilin sonuna qədər xarici valyuta alışını dayandırıb
Rusiya Mərkəzi Bankı rublun xarici valyutalar qarşısında ucuzlaşması sürətləndiyi üçün xarici valyuta alışını ilin sonuna qədər dayandırmaq qərarına gəldiyini açıqlayıb.
Marja.az xəbər verir ki, Rusiya Mərkəzi Bankından verilən yazılı açıqlamada, bankın valyuta bazarındakı dalğalanmalarla bağlı addımlar atmağa qərar verdiyi bildirilib.
Belə ki, bankın büdcə qaydaları çərçivəsində xarici valyuta alışlarını noyabrın 28-dən başlayaraq ilin sonuna qədər dayandıracağı bildirilən açıqlamada, “Qərar maliyyə bazarlarındakı volatilliyi azaltmaq məqsədi ilə verilib", - deyilir.
Açıqlamada qeyd olunub ki, bank daxili bazarda xarici valyuta satışı əməliyyatlarını davam etdirəcək.
Təxirə salınan valyuta alışlarının 2025-ci ildə həyata keçiriləcəyinə dair məlumatların yer aldığı açıqlamada, büdcə qaydalarına uyğun olaraq valyuta alışlarının yenidən başlaması qərarının maliyyə bazarlarında baş verən proseslərə uyğun olaraq veriləcəyi bildirilib.
Dünən rubl dollar qarşısında dəyərini 8,5 faizdən çox itirib, dollar/rubl məzənnəsi 114,5-ə yüksəlib. Rusiya Mərkəzi Bankının qəbul etdiyi qərardan sonra məzənnə bir qədər düşüb.
Analitiklər bildirirlər ki, son vaxtlar Ukrayna müharibəsi ətrafında artan geosiyasi gərginlik, eləcə də ABŞ-ın noyabrın 21-də Rusiya banklarına qarşı sanksiyaları genişləndirmək qərarı rublun ucuzlaşmasına səbəb olub.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 5 d. əvvəl
-
9 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
23 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 46 d. əvvəl
- 49 d. əvvəl
-
50 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"





















