Ələtdə karqo kəndi tikiləcək - SAZİŞ İMZALANDI
"SW AFEZCO" şirkətilə “Modern Construction Group” arasınd alayihələndirmə və tikinti saziş imzalanıb. Razılaşma “Silk Way Cargo Village” karqo kəndinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Müasir tələblərə cavab verəcək bu layihə Azərbaycanın logistika və yükdaşımalar üzrə qlobal mərkəzə çevrilmək öhdəliyini vurğulamaqla Ələt Azad İqtisadi Zonasında həyata keçiriləcək.
“Modern Construction Group” “Silk Way Cargo Village” karqo kəndinin bir hissəsi kimi üç əsas obyektin layihələndirilməsi və tikintisini həyata keçirəcək: yük terminalı, “Silk Way” ofis binası və ekspeditorların birgə istifadəsi üçün nəzərdə tutulmuş ərazi.
Saziş bu obyektlərin yaşıl və dayanıqlı infrastrukturun beynəlxalq standartlarına uyğun şəkildə inşa edilməsini təmin edir.
Layihə SW AFEZCO-nun aviasiya və logistika sahələrində innovativ və effektiv həlləri təşviq etməyə, dayanıqlı inkişafı dəstəkləməyə və regionlar arasında əlaqələri möhkəmləndirməyə yönəlmiş səylərini əks etdirir.
"Bu razılaşma Azərbaycanın aparıcı qlobal logistika mərkəzi kimi mövqeyini möhkəmləndirməsi istiqamətində dönüş nöqtəsi hesab oluna bilər," – deyə SW AFEZCO-nun baş direktoru Cavad Dbila qeyd edib.
Bildirib ki, Xəzər dənizi regionunun tam avtomatlaşdırılmış 30000 kvadratmetr sahəli ən böyük yük terminalı dayanıqlı inşaat sahəsində yeni standartlar müəyyən edəcək və Avropa ilə Asiya arasındakı ticarət əlaqələrini gücləndirərək, Azərbaycanın qlobal logistika şəbəkəsindəki strateji mövqeyini təsdiq edəcək.
Öz növbəsində “Modern Construction Group”un direktoru Arif Quliyev “Silk Way” AFEZCO ilə bu əhəmiyyətli layihədə əməkdaşlığı böyük şərəf adlandıraraq deyib: “Mürəkkəb infrastruktur layihələrinin icrasındakı təcrübəmiz “Silk Way Cargo Village” karqo kəndinin Azərbaycanın logistika ekosisteminin əsas elementi olmasını təmin edəcək".
Layihənin 2026-cı ilin iyul ayına qədər tamamlanması planlaşdırılır və bu, beynəlxalq ticarət əlaqələrinin inkişafında AFEZ-in strateji əhəmiyyətini daha da artıracaq.
“Silk Way Alat Free Economic Zone” şirkəti “Silk Way Group”a aid müstəqil bir qurumdur və Ələt Azad İqtisadi Zonasında dayanıqlı aviasiya və logistika infrastrukturunu inkişaf etdirir. Şirkət yaşıl hava limanı və karqo kəndi kimi transformativ layihələri idarə etmək üçün təsis edilib.
“Modern Construction Group” (MCG), yerli və beynəlxalq bazarlarda təxminən 30 illik təcrübəyə malik olan bir şirkətdir və dünyanın ən yüksək standartlarına cavab verən 100-dən artıq layihəni uğurla tamamlamışdır.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan Bankkart Business kredit və Bankkart Business kredit platinum kartlarını təqdim edib!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 32 d. əvvəl
-
-
47 d. əvvəl
Utilizasiya fəaliyyətilə məşğul olan şirkət zərərdən mənfəətə keçib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və bizim bu məsələyə çox böyük marağımız var"
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Ulduz" metrostansiyasının qarşısında yol təmir olunacaq, nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Utilizasiya fəaliyyətilə məşğul olan şirkət zərərdən mənfəətə keçib
Rəsmi məzənnələr açıqlandı
"Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və bizim bu məsələyə çox böyük marağımız var"
"2017-ci ildən etibarən bir dollar 1,7 manat təşkil edir"
Ən çox oxunanlar
Azercell 268 yeni baza stansiyası istifadəyə verib
Qəbələdə alkoqollu və alkoqolsuz içkilər zavodu tikilir - Nazir işlərin mövcud vəziyyəti ilə tanış olub
Hökumətdən Aİ-92 benzini və dizel yanacağı ilə bağlı qərar
Çexiya Azərbaycana yeni “L-39NG” təyyarəsini təklif edir
"ŞKODA" şirkəti Bakı metrosuna qatar satmaq istəyir
Azərbaycan şirkətləri Çexiya şirkətlərilə anlaşdı
"Biz buraya ÇES adlanan yarıdövlət şirkətimizlə gəlmişik və o, müqavilə imzalamaq istəyir"







.jpg)








.jpg)





