“Vətəndaş qiymətləndirmədən narazı olsa, Palataya müraciət edə biləcək”
Azərbaycanda Qiymətləndiricilər Palatasının yaradılması qiymətləndirmə sektorunda qeyri-peşəkar fəaliyyətlərin qarşısını alacaq
Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
O qeyd edib ki, bu vaxta qədər qiymətləndirmə sektorunda peşəkar olmayan, hansısa adla qeydiyyatdan keçib müəyyən şəxsi münasibətlər yaxud korporativ əlaqələr hesabına qiymətləndirmə sifarişləri əldə edən şirkətlər və ya qiymətləndirici fiziki şəxslər mövcud idi:
“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti belə fəaliyyətlərin qarşısının alınması üçün hər zaman bazarda vahid tənzimləyici qurumun yaradılmasının tərəfdarı olub və bununla bağlı hökumətə təkliflər verib. Nəticədə Azərbaycanda yeni qəbul edilmiş “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna görə, Qiymətləndiricilər Palatası yaradılacaq və sektoru tənzimləyəcək. Palatanın formalaşdırılması üçün qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin ixtisas imtahanları keçirilib. Bu imtahanlar Qanuna uyğun olaraq ilk 6 ayda hər ay, sonradan ildə iki dəfə olmaqla keçiriləcək. İmtahandan uğurla keçənlər Palatanın üzvü olacaq və yalnız onlar ölkədə qiymətləndirmə fəaliyyəti göstərə biləcəklər”.
V.Oruc bildirib ki, vətəndaşlar hansısa qiymətləndirmə nəticəsindən narazı olarsa, bu barədə Palataya müraciət edə biləcəklər:
“Qiymətləndirmə şirkətlərinin seçimində də Palata xüsusi rol oynayacaq. Ayrı-ayrı dövlət orqanlarının və ya müvəkkil təşkilat seçmə hüququ olan qurumların məhz Palatanın rəyi əsasında müvəkkil təşkilat seçməsi reallaşacaq. Uzun illər ərzində qiymətləndirici şirkətlərin fəaliyyətindən narazı olan qurumlar öz şikayətlərini bildirəcəkləri bir ünvan qazanacaqlar ki, ora müraciət edib müvafiq tədbirlərin görülməsini tələb etsinlər. Müxtəlif peşə sahələrini tənzimləyən strukturların olması həmin istiqamətdə özbaşnalıqların qarşısını almağa kömək edir. Eyni zamanda uzun illər Azərbaycanda qiymətləndirmə sektorunun inkişafı istiqamətində fəaliyyət göstərən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti əlində inzibati alətlər olmadığına görə, bazara təsir göstərə bilmirdi. Cəmiyyət qiymətləndirmə sahəsində tədris və təhsilin müəyyən nizama salınması üçün tədbirlər görə bilmirdi, yalnız kursların keçirilməsi və sertifikatlaşdırma prosesi ilə kifayətlənməli olurdu. Qiymətləndiricilər Palatasının isə qiymətləndirmə sahəsində kadrların hazırlanması, beynəlxalq aləmə çıxarılması, xarici dövlətlərlə təcrübə mübadiləsinin təşkili kimi imkanları olacaq. Hesab edirəm ki, Palata beynəlxalq əlaqələrin genişləndirilməsi, tədris prosesinin təkmilləşdirilməsi istiqamətində elə addımlar ata bilər ki, bu sahədə təsadüfi adamların fəaliyyət göstərməsi mümkün olmaz və sektorda daha peşəkar mühit formalaşar”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
"Novex Group" şirkəti Gulfood beynəlxalq qida sərgisində iştirak edir
- 3 saat əvvəl
-
4 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 4 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
-
7 saat əvvəl
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Ən çox oxunanlar
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır
Hotellər üçün minimum qiymət müəyyən edilməsi təklif olunur
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
Neftin qiyməti son 4 ayın ən yüksək səviyyəsinə çatdı
Daha bir BOKT 15 faizlə borca pul istəyir - ŞƏRTLƏR





















