Neftdə 30-40 dollarlıq ssenarilər gündəmə gəlməyə başladı
Ekspertlərə görə, OPEC+ hasilatın azaldılmasını aradan qaldırarsa, neftin qiyməti 2025-ci ildə 30 və ya 40 dollar/barelə düşə bilər.
Çinin zəif tələbi və hasilat baxımından artan qlobal təklif 2025-ci ildə neftin kəskin ucuzlaşacağı barədə gözləntiləri artırır.
Marja.az xəbər verir ki, mümkün ticarət müharibələri və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın "daha çox neft hasilatı" siyasəti qiymətlərə təzyiq göstərə bilər.
Neft bazarı ekspertləri xəbərdarlıq edir ki, OPEC+ karteli cari hasilatın azaldılmasına son qoysa, neft qiymətlərində ciddi eniş baş verə bilər. Mütəxəssislər gələn il xam neftin ucuzlaşma tendensiyasını proqnozlaşdırırlar.
Neft qiymətləri ilə bağlı hesabat yayan OPIS agentliyinin enerji təhlili bölməsinin rəhbəri Tom Kloza, "2025-ci il üçün, neft qiymətləri ilə bağlı illərdir olmadığı qədər daha çox narahatlıq var. OPEC heç bir hasilat məhdudiyyəti olmadan bazardan çıxsa, nefin barelinin qiyməti 30 və ya 40 dollara düşə bilər", - deyib.
Bir barel üçün 40 dollara enmə, hazırkı xam neft qiymətlərinin təxminən 40% düşməsi deməkdir. Qlobal bençmark Brent nefti hazırda bir barrel üçün 72 dollar, ABŞ-ın Qərbi Texas nefti (WTI) isə 68 dollar ətrafında satılır.
Eurasia Group-un enerji, iqlim və resurslar üzrə rəhbəri Henninq Qloyşteyn bəyan edib ki, gələn il neftə tələbat artımı yəqin ki, gündəlik 1 milyon bareli keçməyəcək və OPEC+ hasilatın azaldılmasını tamamilə aradan qaldırarsa, xam neftin qiyməti 40 dollar/barelə düşə bilər.
OPEC+ ixtisarı ləğv etsə, qiymətlər düşə bilər
Eynilə, MST Marquee-nin baş enerji analitiki Saul Kavonic, "tələbi nəzərə almadan OPEC+ ixtisarlarının dayandırılmasının COVİD dövründən bəri görülməmiş səviyyələrə düşə biləcək qiymət müharibəsi" demək olacağını söyləyib. Bununla belə, analitiklər OPEC+-ın hasilatın azaldılmasını tədricən qaldıracağı ehtimalının daha yüksək olduğunu deyirlər.
OPEC+ hasilatın azaldılmasını uzadıb
OPEC+ neft karteli hasilatın könüllü azaldılmasında intizamlı olub və onu uzatmaqda davam edir. Sentyabrda OPEC+ neftin qiymətinin aşağı düşməsinin qarşısını almaq üçün gündəlik 2,2 milyon barel olan könüllü ixtisarı daha iki ay təxirə salmaq qərarına gəlib. İkinci və üçüncü rüblərdə həyata keçirilən bu ixtisarın müddəti sentyabrın sonunda başa çatmalı idi. Noyabrın əvvəlində neft karteli planlaşdırılan neft hasilatının artırılmasını daha bir ay təxirə salıb və dekabrın sonuna qədər uzadıb.
Çindən zəif tələb qiymətlərə təsir edir
Çin iqtisadiyyatının Covid-dən sonra bərpa olunmasında zəif tələb səbəbiylə də neft qiymətləri təzyiq altında qalır. Çərşənbə axşamı dərc olunan aylıq hesabatında OPEC 2025-ci il üçün qlobal neft tələbi artımı proqnozunu gündəlik 1,6 milyon bareldən 1,5 milyon barrelə endirib.
Bazarın həddindən artıq təkliflə üzləşdiyi qənaəti də qiymətləri aşağı salır. OPEC-ə daxil olmayan iri istehsalçılar, xüsusilə ABŞ, Kanada, Qayana və Braziliya da hasilatı artırmağı planlaşdırırlar.
Citibank-ın enerji strateqi Martoccia Francesco, gələn il "ciddi neft ehtiyatının yığılması"nın olacağını söyləyib. "İstehsalçı qrup hasilat planını davam etdirsə belə, bazar profisiti təxminən iki dəfə artaraq gündəlik 1,6 milyon barrelə çata bilər", - Françesko bildirib.
OPEC+ ixtisarlarına son qoymasa belə, xam neft qiymətlərinin enmə trendində olduğunu bildirən Citi analitikləri, gələn il Brent neftinin qiymətinin orta hesabla 60 dollar/barel olacağını gözləyirlər.
Trampın qayıdışı və onun mümkün təsirləri
Ucuzlaşma gözləntilərini gücləndirən digər amil ABŞ-ın seçilmiş prezidenti Donald Trampın administrasiyasıdır. Bazar ekspertləri bildirirlər ki, Trampın qayıdışı potensial ticarət müharibəsi yaratdığından neft qiymətləri düşə bilər.
"Əgər ticarət müharibəsi olarsa, biz neft qiymətlərində ciddi eniş görə bilərik", - OPIS-dən Tom Kloza deyib. Trampın ritorikasını şərh edən iqtisadçılar demək olar ki, Çinin ticarət müharibəsinin mərkəzində olacağı ilə razılaşırlar.
Həmçinin Tramp enerji qiymətlərini yarıya endirəcəyini vəd edərək, ABŞ istehsalçılarına “maksimum qazma və hasilat” siyasəti vəd edib. Kpler-in baş neft analitiki Matt Smith, benzinin pərakəndə satış qiymətlərinə təsir göstərməsi üçün neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməli olduğunu bildirib.
Smith əlavə edib ki, benzinin pərakəndə satış qiymətləri hazırda qallon üçün 3 dollar olmaqla, həm istehlakçılar, həm də istehsalçılar üçün əlverişli səviyyədədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
-
4 saat əvvəl
Apple ABŞ-da iPhone Pro modellərinin qiymətini qaldırdı – 2017-dən bəri ilk dəfə
-
4 saat əvvəl
Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb
-
5 saat əvvəl
Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
-
10 saat əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
10 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
10 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur


Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək
Ən çox oxunanlar

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir

Hava Limanından taksilərlə bağlı - Açıqlama

Bank mebel avadanlıqları satın alır
