Qlobal bazarlarda son vəziyyət - VOLATİLLİK ARTIB
Amerikada baş tutacaq prezident seçkiləri investorların diqqət mərkəzində olan əsas xəbərdir.ABŞ-da baş tutacaq prezident seçkiləri ərəfəsində beynəlxalq birjalarda volatillik artıb. Ötən gün EUR/USD valyuta cütlüyü 1.0914 səviyyəsini test etdikdən sonra, bugün 1.0876 səviyyəsinə qədər ucuzlaşıb.
USD/JPY valyuta cütlüyü isə eyni dövr ərzində 151.530 həddindən 152.500 həddinə kimi bahalaşıb.
Qızıl 2724$ səviyyəsinə qədər geriləsə də, bir qədər bahalaşaraq 2735$ səviyyələrində ticarət olunur.
Bugün səhər Avstraliya Ehtiyatlar Bankı uçot faiz dərəcəsini 4.35% səviyyəsində saxladığını bildirib. Bunun fonunda AUDUSD cütlüyü bahalaşıb və hal-hazırda 0.6597 səviyyəsində ticarət olunur.
Neftin qiyməti 75$-ın üzərində möhkəmlənməyə çalışır. “Brent” markalı neftin bir barreli 75.5$ səviyyəsində qərarlaşıb.
“Bitcoin” isə son on gün ərzində əldə etdiyi dəyəri demək olar ki itirib. Token ötən gün ərzində 66820$ səviyyəsinə qədər ucuzlaşıb.
Bazar ertəsi günü Almaniyada və Avrozonada biznes aktivliyinə dair göstəricilər dərc olunub. Belə ki, Almaniyanın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) sentyabr ayı ilə müqayisədə oktyabr ayında 40.6 bənd səviyyəsindən 43 bənd səviyyəsinə qədər yüksəlib, Avrozonanın sənaye sektorunda PMI isə oktyabr ayında 45 bənddən 46 bəndədək yüksəlib. Analitiklər göstəricinin 45.9 bəndədək yüksələcəyini ehtimal edirdilər. Həmçinin, ABŞ-da Sənaye Sektorunda Sifarişlərin Həcmi avqust ayı ilə müqayisədə sentyabr ayında 0.5% azalıb.
Gün ərzində açıqlanacaq Böyük Britaniyanın Xidmət Sektorunda Binzes Aktivliyi İndeksi, ABŞ-da İdxal, İxrac, Ticarət Saldosu və xidmət sektorunda PMI göstəriciləri Amerikada baş tutacaq prezident seçkilərindən savayı investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
4 d. əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
- 1 saat əvvəl
-
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
4 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
7 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
























