ADY Əbu-Dabidə keçirilən “Global Rail” tədbirində təmsil olunub

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədrinin müşaviri Arif Ağayev Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Rail” şirkətinin dəvəti ilə Əbu-Dabidə keçirilmiş nüfuzlu “Global Rail” tədbirində iştirak edib. Tədbirdə dəmir yolu sənayesinin aparıcı iştirakçıları nəqliyyatın gələcəyi və innovasiyalar barədə ətraflı müzakirələr aparıblar.
Müzakirələr zamanı xüsusilə nəqliyyatın dayanıqlı inkişafı, yük və sərnişin daşımalarının gələcəyi, dəmir yolu sənayesində layihələrin maliyyələşdirilməsi, süni intellekt və rəqəmsal həllərin dəmir yolu əməliyyatlarına inteqrasiyası kimi mövzulara toxunulub. İştirakçılar dövlətlər, özəl sektor investorları və texnologiya istehalçıları arasında əməkdaşlığın gücləndirilməsinin və qlobal dəmir yolu sektorunun davamlı inkişafını və müasirləşməsini təmin etməyin vacibliyini vurğulayıblar.
Tədbir zamanı Arif Ağayev “Etihad Rail” şirkətinin baş icraçı direktoru Şadi Malak və digər rəhbər şəxslərlə görüşlər keçirib, qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.
Son bir il ərzində “Etihad Rail” BƏƏ-nin milli dəmir yolu şəbəkəsinin genişləndirilməsi, müasir texnologiyaların inteqrasiyası və Yaxın Şərqdə dayanıqlı dəmir yolu nəqliyyatında regional lider kimi mövqeyinin gücləndirilməsi istiqamətində böyük uğurlar əldə edib. Şirkət rəqəmsal innovasiya və səmərəli logistika sahələrinə xüsusi diqqət ayırmaqla regiondakı digər dəmir yolu operatorları üçün rol model kimi çıxış edir.
“Global Rail” tədbirində iştirak çərçivəsində Arif Ağayev, həmçinin “Etihad Rail” şirkətinin müasir dəmir yolu obyektlərini ziyarət edib və şirkətin inkişaf etmiş infrastruktur və əməliyyat yanaşmaları haqqında geniş məlumatlar əldə edib.
ADY rəsmisi həmsöhbətlərini Azərbaycan dəmir yollarının inkişafı istiqamətində görülən işlər, yükdaşımaların rəqəmsallaşdırılması, beynəlxalq dəhlizlər üzrə əməliyyatların optimallaşdırılması və digər məsələlər barədə məlumatlandırıb, həmçinin ADY-nin innovasiya və bilik mübadiləsi sahəsində əməkdaşlıqları inkişaf etdirməyə hər zaman açıq olduğunu qeyd edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
2 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
4 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
5 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
6 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
6 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
Son Xəbərlər

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
