Azərbaycanda inflyasiya açıqlandı
Azərbaycanda illik inflyasiyanın sürəti dəyişməyərək sentyabrda da 3,5 faiz təşkil edib. Avqustda da illik inflyasiya 3,5 faiz olmuşdu.
2024-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin sentyabr ayına nisbətən 3,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 2,9 faiz, qeyri-qida məhsulları üzrə 1,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb. 2024-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz yüksəlib.
Marja.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbə verir.
Qeyd edək ki, 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi 2023-cü ilin avqust ayına nisbətən 3,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 3,0 faiz, qeyri-qida məhsulları üzrə 1,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artmışdı. 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz yüksəlmişdi.
2024-cü ilin sentyabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4 faiz artıb.
Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, kərə yağının, yumurtanın, şaftalının, qozun, şabalıdın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, yerkökünün, sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə qarabaşaq yarmasının, limonun, almanın, armudun, üzümün, ağ kələmin, xiyarın, balqabağın, süfrə çuğundurunun qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində cidd dəyişikliklər baş verməmişdir.
2024-cü ilin sentyabr ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artıb. Sentyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma inşaat materiallarının və zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2024-cü ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,3 faiz artıb. Sentyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mənzillərin kirayə haqlarının, ölkədaxili dəmiryol nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin, ali, orta ixtisas və ödənişli məktəbəqədər təhsil müəssisələrində təhsil haqlarının, ucuzlaşma isə istirahət turlarının, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
- 19 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 6 d. əvvəl
-
7 d. əvvəl
Çində qasırğa ilə əlaqədar üç limanın fəaliyyəti dayandırılıb
- 19 d. əvvəl
- 23 d. əvvəl
- 51 d. əvvəl
-
53 d. əvvəl
Şirkətin 802 min manatlıq vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasibə cəza istənilib
- 56 d. əvvəl
-
1 saat əvvəl
İlham Əliyev: Azərbaycan Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırıb
- 1 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Şirkətlərdə yeni vakansiyalar

Türkiyədən Çin mallarına qarşı yeni məhdudiyyət

150 min istifadəçi sayını ötdü!

"Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb"

Gömrük rüsumundan sonra İsveçrənin saat ixracı azalıb
Ən çox oxunanlar

Oktyabrın 22-də gözlənilən hava şəraiti

Qlobal bankdan neft analizi - Təklif artığı görünməyə başlayıb, qiymət 52 dollaradək düşəcək

Tələbələrə şad xəbər - Gənclərə yeni qapılar açılır

Qaradağ GES-də mühüm mərhələ - TƏDBİR KEÇİRİLİB
