Dünyanın ən böyük aktivlərin idarə edilməsi şirkətinə görə, bazar FED haqqında yanlış fikirdədir
Dünyanın ən böyük aktivlərin idarə edilməsi şirkəti olan BlackRock-un baş direktoru Larri Fink, ABŞ iqtisadiyyatındakı artımı nəzərə alaraq bazarların FED-dən həddən artıq çox faiz endiriminə qiymət verdiyini söyləyib.Dünyanın ən böyük aktivlərin idarə edilməsi şirkətinə görə, bazar ABŞ Mərkəzi Bankı (FED) haqqında yanlış fikirdədir.
Marja xəbər verir ki, “BlackRock” aktivlərinin idarə edilməsi şirkətinin baş direktoru Larri Finkin fikrincə, bazarların FED-dən bir neçə faiz endirimi gözləməsi yanlışdır.
Berlin Qlobal Dialoq Konfransında Bloomberg-ə müsahibə verən Fink, bazarlarda faiz endiriminə dair gözləntilərin yüksək olduğuna diqqət çəkərək, “Fed-in daha çox faiz azaltması üçün yer olduğuna inansam da, bazarların nəzərdə tutduğu qədər çox olduğunu düşünmürəm”,- deyib.
Valyuta bazarlarında, Fed-in noyabr ayında 0,50 faiz bəndi endirim edəcəyi ehtimalı 33 faiz ətrafında qiymətləndirilir.
FED, ABŞ iqtisadiyyatındakı risklərə görə sentyabr ayında faiz dərəcələrini 0,50 faiz bəndi endirib. Beləliklə, FED 2020-ci ildən bəri ilk dəfə faiz dərəcələrini azaldıb.
Mövcud hökumətin siyasətlərinin dezinflyasiyadan çox inflyasiyaya istiqamətli olduğuna diqqət çəkən Fink, bu ehtimalın reallaşmasının çətin olduğunu qeyd edərək əlavə edib: "İqtisadiyyatda həm çətin sahələr var, həm də yaxşı sahələr. Məncə, pis sahələrə çox diqqət yetirilir",- deyib.
Fink, ABŞ iqtisadiyyatının 2-3 faiz arasında böyüməyə davam edəcəyini proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 15 d. əvvəl
- 21 d. əvvəl
-
27 d. əvvəl
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
- 37 d. əvvəl
- 49 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"FNC BOKT" da 15 faizlə borc alır
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
Daha bir BOKT 15 faizlə borca pul istəyir - ŞƏRTLƏR
"FINCA Azerbaijan" illik 9 faizlə 1 milyon dollar borc aldı
Ən çox oxunanlar
Qızılın qiymətində yeni rekord
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
Nəhəng neft şirkəti olan Lukoil ABŞ şirkətinə satılır
“AzerGold” qızılın bahalaşmasına münasibət bildirdi
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər





















