Mal-qarasını itirən sahibkarlar necə ödəniş ala bilərlər? - AÇIQLAMA
Xəbər verildiyi kimi, bir qədər əvvəl Quba rayonunda yırtıcı heyvanların, o cümlədən ayıların kəndə hücum edərək mal-qara və digər təsərrüfat heyvanlarına hücumu və zərər vurması barədə məlumat yayılıb. Nəticədə yerli sakinlərə və təsərrüfatlara ciddi zərər dəyib.
Qeyd edək ki, Azərbaycanda təsərrüfatların belə hallardan qorunması üçün aqrar sığorta mexanizmi mövcuddur. Aqrar Sığorta Fondununi məlumatına görə, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə, kənd təsərrüfatı heyvanlarını, iri buynuzlu və xırda buynuzlu mal-qaranı müxtəlif risklərdən, o cümlədən vəhşi heyvnaların hücumu nəticəsində dəyən zərərdən sığortalamaq olar.
Heyvanların sığortası südlük və ətlik mal qara, yəni inək və danalar, eləcə də xırda buynuzlu heyvanlar, yəni qoyum və keçi təsərrüfatlarını əhatə edir.
Aqrar sığorta heyvanları yoluxucu xəstəliklər, ilan və həşərat sancması, zəhərli ot və yemdən, kimyəvi maddələrdən zəhərlənmə, təbii fəlakətlər, yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, soyğunçuluq və quldurluq halları nəticəsində dəymiş zərərlərdən qoruyur.
Göründüyü kimi, sığorta risklərinin siyahısına vəhşi heyvanların hücumu da daxildir. Yəni bu hadisədə nəticəsində dəyən zərərə görə də ödəniş nəzərdə tutulub.
Sığorta haqqına isə 50 faizlik dövlət dəstəyi mövcuddur, başqa sözlə, heyvanların sığortası zamanı, hesablanmış sığorta haqqının yarısını dövlət ödəyir, fermer isə sığorta haqqının yalnız 50 faizini ödəyir, nəticədə cüzi ödənişlə təsərrüfatını sığorta edə bilir. Sığorta haqqı heyvanın qiymətinə əsasən hesablanır, sığorta tarifi 5,2-8,2% arasında dəyişir.
Belə ki, 300 manatlıq qoyun və ya keçinin illik sığortası 8-12 manat, 1000 manatlıq mal-qaranın sığorta haqqı isə 26-41 manat arasındadır. 2000 manatlıq inək üçün sığorta haqqı 52-82 manat arasında dəyişir. Fermer bu məbləği ödəməklə heyvanın 1 il müddətində sığorta əldə edə bilər.
Hadisə baş verərsə, yəni məsələn, vəhşi heyvanların hücumu nəticəsində heyvan tələdlf olarsa, heyvanın qiymətinin 90 faizi qədər ödəniş edilir. Məsələn 300 manatlıq qoyun tələf olarsa fermerə 270 manat, 2000 manatlıq inək tələf olduqda isə 1800 manat ödəniş edilir.
Qeyd edək ki, indiyədək Aqrar Sigorta Fondu tərəfindən vəhşi heyvanların hücumu ilə bağlı 20-yə yaxın hadisə qeydə alınıb və ödənişlər edilib. Təkcə 2024-cü ilin 7 ayında vəhşi heyvanların təsərrüfatlara hücumu ilə bağlı 8 hadisə qeydə alınıb, 8 baş kənd təsərrüfatı heyvanı tələf olub və ona görə, fermerlərə ümumilikdə 37 485 manat ödəniş edilib.
Ümumilikdə indiyədək Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq sığortası üzrə 2,5 milyon manat sığorta ödənişi edilib. 2022-ci ildə bu rəqəm 710 min manat, 2023-cu ildə 910 min manatr, 2024-cü ilin ilk 8 ayında isə 770 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 47 d. əvvəl
-
-
1 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 4 saat əvvəl
-
4 saat əvvəl
Asiya İnkişaf Bankı Abşeron dairəvi xəttinin yenidən qurulmasına kömək edəcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Dekabrın 13-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"Li Auto"nun Azərbaycanda yeni satış mərkəzi açıldı
Qarabağdakı klinika üçün 4,7 milyon manatlıq mebel və avadanlıqlar alınır - QALİB "VIVA MEDICAL GROUP"DUR
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər




















.jpg)





.jpg)

