"Grand Agro” şirkəti beynəlxalq layihəyə qoşulub
"Agro Food Investments" şirkətinin tərkibində fəaliyyət göstərən "Grand Agro” MMC Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərüfatı Təşkilatının (FAO) Azərbaycan Əməkdaşlıq nümayəndasi tərəfindən həyata keçriilən beynəlxalq layihəyə qoşulmuşdur.
Ötən günlərdə "Grand Agro" MMC, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Əməkdaşlıq nümayəndasi rəhbərliyi ilə "Torpaq Deqradasiyası Neytrallığına Nail Olmuş Azərbaycana Doğru" layihəsinə tərəfdaş kimi qoşulmaqla bağlı ilk onlayn görüş keçirilmişdir və görüşün əsas məqsədi qlobal Ekoloji Fondun dəstəyi ilə yararsız torpaqlardan səmərəli istifadə olunmasına, yaşıllıqların artırılmasına, Bakı və Abşeron yarımadasında bağ-meşə-park salınmasını hədəflər qoyulmuşdur.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli nümayəndələri də iştirak edərək, layihənin Abşeron yarımadasında deqradasiyaya uğramış torpaqların bərpasına verdiyi töhfələrin vacibliyini vurğulayıblar. "Grand Agro" MMC-nin geniş əkin sahələri və ixtisaslaşmış bağçılıq fəaliyyəti layihəyə əhəmiyyətli dəstək verə biləcək potensialı ilə diqqət çəkib.
Qeyd edək ki, "Grand Agro" şirkəti, Azərbaycanda ən böyük zeytun plantasiyalarına sahibdir. Şirkətin hazırda 3000 hektar sahəni əhatə edən zeytun və badam plantasiyaları aktiv şəkildə inkişaf etdirilir və bu məhsulların istehsalı ilə ixtisaslaşan ölkənin ən böyük bağçılıq təsərüfatı olmaqla, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə müəyyənləşdirilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq 2030-cu ilədək olan dövrdə ölkədə yaşıllıqların payının artırılması, yararsız torpaq sahələrinin bərpa olunması, deqradasiya və səhralaşmaya qarşı mübarizə sahəsində beynəlxalq formatlı layihədə iştirakımızdan qürur duyur və bu sevincimizi Sizlərlə bölüşməyin həyəcanını yaşayırıq.
Müştərilərin xəbərləri
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
10 d. əvvəl
İranın yeni Ali Rəhbəri İsrail və ABŞ-ı "digər cəbhələr"in açılacağı ilə hədələyib
- 21 d. əvvəl
-
-
22 d. əvvəl
BMW Group-un mənfəəti Çin bazarındakı sərt rəqabət səbəbilə azalıb
-
35 d. əvvəl
"Hörmüz boğazı bağlı qalmalıdır" - Müctəba Xamenei İran xalqına ilk müraciətini edib
-
54 d. əvvəl
Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Neft qiymətlərinin artmasından ABŞ çox pul qazanır. Lakin milli təhlükəsizlik maraqları iqtisadi maraqlardan daha üstündür"
BMW Group-un mənfəəti Çin bazarındakı sərt rəqabət səbəbilə azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-dən “Fayda Max Abunəlik” proqramı
“Azər-Türk Bank”ın rəhbərliyinə yeni təyinat olub
Ən çox oxunanlar
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Azərbaycan iqtisadiyyatı cüzi artıb
İnfluenser və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunub
Türkiyə də neft ehtiyatlarının bir hissəsini satışa çıxarır
Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
Martın 13-də gözlənilən hava şəraiti




















