Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bazar ertəsi günü Avrozonada və Almaniyada PMI göstəricilərinin proqnozların altında dərc olunması, avroya olan təzyiqi artırıb. Funt-sterlinq isə beynəlxalq birjalarda kəskin şəkildə bahalaşıb. Belə ki, GBP/USD valyuta cütlüyü 2022-ci ilin fevral ayından bugünə ən yüksək səviyyəsinə catıb. Ötən gündən bu yana cütlük 1.3248 həddindən 1.3363 həddinə qədər bahalaşıb. EUR/GBP cütlüyü isə 0.8386 səviyyəsindən 0.8320 səviyyəsinə qədər kəskin şəkildə ucuzlaşıb.
Ötən gün dərc olunmuş məlumatlara əsasən, Avrozonanın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) avqust ayında 52.9 bənddən 50.5 bəndədək (yeddi aylıq minimum) geriləyib. Sənaye sektorunda PMI 45.8 bənddən 44.8 bəndədək (doqquz ayın ən aşağı göstəricisi) azalıb. Ekspertlər göstəricilərin müvafiq olaraq 52.3 bəndədək və 45.7 bəndədək zəifləyəcəklərini proqnoz etmişdilər.
Həmçinin, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın xidmət sektorunda PMI 51.2 bənddən 50.6 bəndədək, sənaye sektorunda PMI isə 42.4 bənddən 40.3 bəndədək enib. Analitiklərin göstəricilərin müvafiq olaraq 51.1 bənd və 42.4 bənd təşkil edəcəklərini ehtimal edirdilər.
Çərşənbə axşamı səhər saatlarında qızılın qiyməti yüksəlməyə davam edir və daha bir tarixi rekorda çatır. Dəyərli metalın bir unsiya üçün qiyməti 2637$ həddini ötüb. Qızılın dekabr ayı üzrə fyuçerslərinin qiyməti 9.65$ və ya 0.36% artaraq 1 troy unsiyası üçün 2662.25$ təşkil edir.
Bugün ABŞ-da “Conference Board” analitik şirkəti tərəfindən açıqlanacaq İstehlakçıların İnam İndeksi investorların diqqət mərkəzində olacaq əsas xəbərdir. Analitiklər göstəricinin 103.3 bənddən 103.8 bəndədək yüksəldiyini proqnozlaşdırırlar. Nəticələr Bakı vaxtı ilə saat 18:00-da dərc olunacaq.
Eləcə də, “IFO” tədqiqat institutu sentyabr ayında Almaniyada Biznes Mühiti İndeksi ilə bağlı məlumatları dərc edəcək. Mütəxəssislər göstəricinin bir ay əvvəlki 86.6 bəndlik səviyyəsindən 86 bənd səviyyəsinə qədər enəcəyini ehtimal edirlər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 7 d. əvvəl
- 10 d. əvvəl
- 16 d. əvvəl
-
22 d. əvvəl
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
- 32 d. əvvəl
- 44 d. əvvəl
- 49 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"FNC BOKT" da 15 faizlə borc alır
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
Daha bir BOKT 15 faizlə borca pul istəyir - ŞƏRTLƏR
"FINCA Azerbaijan" illik 9 faizlə 1 milyon dollar borc aldı
Ən çox oxunanlar
Qızılın qiymətində yeni rekord
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
Nəhəng neft şirkəti olan Lukoil ABŞ şirkətinə satılır
“AzerGold” qızılın bahalaşmasına münasibət bildirdi
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər




















