Azərbaycan lüks turizm imkanları Qazaxıstanda təbliğ edilib
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu 18-20 sentyabrda Qazaxıstanın Astana və Almatı şəhərlərində keçirilmiş “Luxury Travel Mart” tədbiri çərçivəsində ölkəmizin lüks turizm məhsullarının təqdimatı ilə çıxış edib.
Bu barədə agentlik məlumat yayıb.
Əsasən lüks turizm məhsullarının təqdim olunduğu tədbirdə Qazaxıstanın 25 aparıcı turizm operatoru və səyahət agentliyi ilə B2B (biznesdən-biznesə) formatlı görüşlər keçirilib, Azərbaycanın turizm potensialı, o cümlədən xizək kurortları, Bakı şəhər turları, sağlamlıq və termal istirahət mərkəzləri, eləcə də işgüzar və lüks turizm məhsulları haqqında məlumat verilib.
Turizm sahəsində əməkdaşlıq əlaqələrini möhkəmləndirmək və yeni işgüzar əlaqələr qurmaq üçün əlverişli platforma olan “Luxury Travel Mart” tədbiri çərçivəsində təşkil edilən biznes səhər yeməyində Qazaxıstanı təmsil edən 50 turizm agentliyi üçün Azərbaycanın əsas turizm destinasiyaları barədə təqdimat keçirilib.
İştirakçılar ölkəmizin qış idman növləri, mədəni turizm, sağlamlıq təklifləri və turizm təcrübələri barədə məlumatlandırılıblar.
Bu ilin yanvar-avqust aylarında Qazaxıstandan Azərbaycana 58 082 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64 % çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
53 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)







