SOCAR və bp qlobal miqyasda yeni enerji işlənmələri imkanları üzrə əməkdaşlıq edəcək
Şirkətlər beynəlxalq səviyyədə karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində sinerji potensialını və bir sıra yeni investisiya imkanlarını birgə qiymətləndirəcəkSOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və bp bu gün enerji təchizatı təhlükəsizliyinin artırılması mədsədilə beynəlxalq neft və qaz apstrim (kəşfiyyat və hasilat) layihələrində potensial əməkdaşlıq imkanlarını araşdırmaq niyyətlərini dəstəkləyən bir anlaşma memorandumu (AM) imzaladıqlarını elan ediblər.
"bp-Azərbaycan"dan Marja-ya verilən məlumata görə, Memorandum çərçivəsində şirkətlər beynəlxalq səviyyədə karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində sinerji potensialını və bir sıra yeni investisiya imkanlarını birgə qiymətləndirəcək.
Memorandum həmçinin bu iki şirkətin dünyaya etibarlı və əlçatan enerji təchizatını təmin etmək imkanlarının qiymətləndirilməsində öz təcrübə və biliklərini bölüşmək niyyətini əks etdirir.
SOCAR-ın prezidenti Rövşən Nəcəf dedi: “Azərbaycan üçün tarixi əhəmiyyətə malik “Əsrin müqaviləsi”nin 30-cu ildönümünə təsadüf edən bu saziş SOCAR ilə bp arasında uzunmüddətli tərəfdaşlıq əlaqələrində yeni səhifə açır. Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın qlobal enerji bazarlarında əsas təchizatçılarından birinə çevrilməsini təmin etdi. Ulu Öndərin müəyyənləşdirdiyi enerji strategiyamıza uyğun olaraq, bu gün biz gələcəkdə təhlükəsiz və dayanıqlı enerji təchizatını təmin etmək üçün yeni imkanları araşdırır, bu istiqamətdə birgə fəaliyyətimizi davam etdiririk”.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Bu gün biz SOCAR-la yeni əməkdaşlıq erasının təməlini qoyuruq. Biz 30 ildir ki, Azərbaycanın neft və qaz ehtiyatlarının uğurla işlənməsində birgə çalışırıq və bu uğurlar ölkənin həm region, həm də dünya üçün etibarlı enerji təchizatçısı rolunu təmin etmişdir. İndi isə regionda və qlobal miqyasda yeni əməkdaşlıq sahələrini axtarmaq və yeni tərəfdaşlıq imkanlarına başlamaq vaxtıdır. Biz birlikdə daha çox iş görə bilərik. Dünyaya bu gün ehtiyac duyduğu enerjini təmin etmək üçün səylərimizi birləşdirərək SOCAR-la əməkdaşlığın yeni səhifəsinə başlamaqdan çox məmnunuq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 d. əvvəl
Dövlət şirkətlərinin büdcə və maliyyə göstəriciləri yeni Qaydalar ilə monitorinqi olunacaq
-
7 d. əvvəl
11 ayda dövlət büdcəsinin gəlirləri proqnozu 324,6 milyon manat üstələyib
-
-
10 d. əvvəl
Azərbaycan ilə Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib
- 46 d. əvvəl
-
53 d. əvvəl
Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
-
1 saat əvvəl
“Azərbaycan Biznesinin İnkişafı Fondu”nun Müşahidə Şurasının tərkibi təsdiq olundu
-
1 saat əvvəl
Azercell növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi
-
1 saat əvvəl
Azərbaycanın tədiyyə blansının saldosunda 1 milyard 125 milyon dollarlıq kəsir
-
2 saat əvvəl
Daha 18 şəxsə “Startap” şəhadətnaməsi verildi - 3 İL VERGİLƏRDƏN AZADDIRLAR
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət şirkətlərinin büdcə və maliyyə göstəriciləri yeni Qaydalar ilə monitorinqi olunacaq
Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Azercell növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi
Ən çox oxunanlar
Qızılın qiyməti tarixi maksimum səviyyəyə yaxınlaşıb
Dekabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb

























.jpg)


