Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodu açıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodu açıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında  “Eel Electric” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodunun açılışında iştirak edib.

Dövlətimizin başçısı zavodun fəaliyyəti ilə tanış oldub. 

Reklam_3_11

Bildirilib ki, sənaye parkının 1,7 hektar ərazisində “Eel Electric” MMC tərəfindən Avropa və Türkiyənin qabaqcıl texnologiyasının tətbiqi ilə 35 kV, 10 Kv və 0.4 kV-luq elektrik paylayıcı qurğularının istehsalı üzrə müəssisə fəaliyyət göstərəcək.

“Eel Electric” MMC 2022-ci ilin noyabr ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

İnvestisiya dəyəri 3 milyon manatdan çox olan müəssisədə 70 nəfər işlə təmin ediləcək. Burada da işçilərin əsasən Ağdamdan və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur.

Müəssisədə ildə 600 ədəd ortagərginlikli qurğu, 600 ədəd aşağıgərginlikli qurğu, 150 ədəd monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün 140 ədəd şarjdoldurma avadanlığı istehsal ediləcək. İstehsal olunan məhsulların 60 faizinin yerli, 40 faizinin isə xarici bazarlarda satışı planlaşdırılır.

“Eel Electric” MMC sənaye parklarında tətbiq edilmiş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 73 min manatdan çox vəsaitə qənaət edib.

Eel Electric
19.09.2024 19:52
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18