“Orbital Engineering” şirkətil müqavilə imzalanıb - “Culfa”da transformatorlar quraşdırılır
“Culfa” yarımstansiyasına yeni güc transformatorları alınıb
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Dövlət Energetika Xidməti tərəfindən elektrik yarımstansiyalarının yenidən qurulması istiqamətində işlər davam etdirilir.
Ötən əsrin 90-cı illərinin sonunda qurulan, qurğu və avadanlıqları uzun müddətdir istismar olunan sistem əhəmiyyətli 132/110/10 kilovoltluq “Culfa” yarımstansiyasının qidalandırıcı yüksəkgərginlikli elektrik xətlərinin yaşayış sahələrindən çıxarılması məqsədilə yerini dəyişdirməklə yenidən tikilib-quraşdırılması işləri aparılır.
Yarımstansiya üçün yeni 2 ədəd 110/35/10 kV-luq, 16 MVA gücündə transformatorun alınması məqsədilə dövlət satınalma müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi “Orbital Engineering” MMC ilə satınalma müqaviləsi imzalanıb. Müqaviləyə uyğun olaraq alınacaq 2 ədəd güc transformatorundan 1 ədədi muxtar respublikaya gətirilib və yarımstansiyada quraşdırılması işləri aparılır.
Yaxın zamanlarda digər güc transformatoru da muxtar respublikaya gətiriləcək. Tikinti-quraşdırılması davam etdiriləcək 36 MVt gücündə “Ordubad” Su Elektrik Stansiyasından 87 MVt gücündə Naxçıvan Modul Elektrik Stansiyasına çəkiləcək iki dövrəli 110 kV-luq hava elektrik verilişi xəttinin bir dövrəsinin yarımstansiyaya birləşdirilməsi də nəzərdə tutulur. Yarımstansiya Culfa şəhərində və rayonun Yaycı, Dizə kəndlərində istehlakçıların keyfiyyətli elektrik enerjisi tələbatını ödəməklə yanaşı, elektrik enerjisinin texniki itkilərini azaltmaqda mühüm rol oynayacaq. Sadalanan bölgələri qidalandıran mövcud 10 kV-luq elektrik xətti yeni yarımstansiyadan qidalandıralacaq 35 kV-luq gərginlik pilləsinə keçiriləcəkdir. Həmçinin, yeni yarımstansiyaya mövcud İran İslam Respublikası ilə 132 kV-luq “Culfa-Culfa” hava elektrik verilişi xətti qoşulacaqdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

CFI 3-cü rübdə 1,55 trilyon dollar ticarət dövriyyəsinə çataraq yeni zirvəyə yüksəlib, sentyabrda isə aylıq rekordunu yeniləyib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
-
10 saat əvvəl
Qarabağ Dirçəliş Fondu tut bağının salınmasına maliyyə dəstəyi ayırıb
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda 5 bankın kredit portfeli 1,5 milyard manatdan çoxdur
-
10 saat əvvəl
Bakı Fond Birjası Dünya Birjalar Federasiyasının tamhüquqlu üzvü olub
-
10 saat əvvəl
Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur!
-
11 saat əvvəl
Azərbaycandan 42 milyard manatlıq büdcə - 3,1 milyard manatlıq kəsir nəzərdə tutulur
- 11 saat əvvəl
-
12 saat əvvəl
Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək
-
12 saat əvvəl
"Sizin Lombard" illik 15%-lə 7 il müdətinə 2 milyon manat cəlb etdi
-
12 saat əvvəl
Güzəşt ləğv olunur, maaşdan vergi ödəniləcək - ŞƏRTLƏR MƏLUM OLDU
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

“Azərbaycanfilm” studiyasına direktor təyin olunub

Azərbaycanda 5 bankın kredit portfeli 1,5 milyard manatdan çoxdur

Azərbaycandan 42 milyard manatlıq büdcə - 3,1 milyard manatlıq kəsir nəzərdə tutulur

Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək

"Sizin Lombard" illik 15%-lə 7 il müdətinə 2 milyon manat cəlb etdi
Ən çox oxunanlar

Güzəşt ləğv olunur, maaşdan vergi ödəniləcək - ŞƏRTLƏR MƏLUM OLDU

Azərbaycanda yaşayış minimumu 15 manat artırılır - 300 manat olacaq

CFI 3-cü rübdə 1,55 trilyon dollar ticarət dövriyyəsinə çataraq yeni zirvəyə yüksəlib, sentyabrda isə aylıq rekordunu yeniləyib

Mərkəzi Bank fırıldaqçılıq statistikasını açıqladı

Qızılın qiymətilə bağlı yeni proqnoz - "Qiymət çox şişmişdi"

Neft Fondunun aktivləri xarici dövlət borcunu 13 dəfə üstələyir
