ABŞ Çin elektromobillərinə 100 faizlik tariflərin tətbiqinə başlayır
ABŞ sentyabrın 27-dən Çin istehsalı elektrik avtomobillərinə 100 faizlik gömrük rüsumları tətbiq etməyə başlayacaq.
Bayden administrasiyası Çin elektromobillərinə gömrük rüsumlarının tətbiqi üçün hələ mayda başlatdığı prosesi başa çatdırıb. Birləşmiş Ştatların ticarət qurumu elektrik avtomobilləri üçün rüsumları 25 faizdən 100 faizə qaldırıb. Bundan başqa, elektromobillər üçün litium-ion akkumulyatorlarının tarifləri 7,5 faizdən 25 faizə, günəş panellərinin 25 faizdən 50 faizə qaldırılıb. ABŞ hökuməti bu qərarını daxili istehsalı qorumaq üçün qəbul etdiyini açıqlayıb.
Rəsmi Pekin Birləşmiş Ştatların bu qərarını sərt şəkildə qınayıb. Çinin Kommersiya Nazirliyi Vaşinqtonun bu addımını birtərəflilik və proteksionizm nümunəsi kimi qiymətləndirib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden mayın 14-də Çindən idxal edilən məhsullara 18 milyard dollarlıq yeni tariflərin tətbiq olunacağının anonsunu vermişdi. Yeni tariflər Ağ evin ABŞ-ın iqtisadi gələcəyi və milli təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən sahə adlandırdığı sənayeyə, o cümlədən polad, alüminium, yarımkeçiricilər, elektromobillər, akkumulyatorlar, günəş panelləri, gəmi boşaltma kranları və tibbi məhsullara təsir göstərir. Ən böyük rüsum elektromobillərin idxalına tətbiq ediləcək. Bayden 2032-ci ilə qədər ABŞ-da satılan yeni avtomobillərin üçdə ikisinin elektrikli olmasını istəyir və onların istehsalını təşviq etmək məqsədilə müxtəlif proqramlar həyata keçirir. Digər əhəmiyyətli tarif artımı elektrikli nəqliyyat vasitələrində istifadə olunan akkumulyatorlara aiddir. Bu, Çinin kritik mineralların hasilatı və emalı sahəsində hökmranlığı sayəsində 80 faizinə nəzarət etdiyi bazardır.
ABŞ-dan başqa, Kanada və Avropa İttifaqı da Çin elektromobilləri üçün gömrük rüsumlarını qaldırıb. Çinin kommersiya naziri Van Ventao tarif məsələsini müzakirə etmək üçün yaxın günlərdə Avropaya səfər edəcək.
© APAzərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
10 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul















.jpg)





.jpg)
