Bakı aeroportunda yenilənmiş uçuş-enmə zolağı istifadəyə verilib
Heydər Əliyev Beynəlxalq Aeroportunda əsaslı təmirdən sonra 17/35 uçuş-enmə zolağı yenidən istifadəyə verilib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, cari ilin yanvar ayında başlayan yenidənqurma işlərinə uçuş-enmə zolağının asfalt-beton örtüyünün tamamilə dəyişdirilməsi, cihazlara enmə sisteminin (İLS) yenilənməsi, drenaj sistemlərinin təkmilləşdirilməsi, mövcud sürmə yollarının əsaslı təmiri və əlavə 3 yeni sürmə yolunun inşası daxildir.
Zolağın uzunluğu 3200 metr, eni 60 metr olaraq saxlanılıb. Yenilənmiş və yeni salınmış sürmə yollarının ümumi uzunluğu 4332 metr, eni isə 44 metr təşkil edir.
“Uçuş-enmə zolağının yenidən qurulması hava limanının infrastrukturunun modernləşdirilməsi üzrə strateji planın mühüm tərkib hissəsidir və bu, əməliyyat etibarlılığının artırılmasına, uçuşların təhlükəsizliyinin maksimum səviyyədə təmin edilməsinə yönəlib,” - deyə Bakı aeroportunun direktoru Teymur Həsənov bildirib. “Qabaqcıl texnologiyalar və yüksək keyfiyyətli materiallardan istifadə bizə zolağın xidmət müddətini əhəmiyyətli dərəcədə uzatmağa və istismar göstəricilərini yaxşılaşdırmağa imkan verir.”
Hava limanının müvafiq xidmətlərinin koordinasiyalı fəaliyyəti nəticəsində yenidənqurma prosesi qısa müddətdə, normativ tələblərə və aviasiya qaydalarına uyğun şəkildə həyata keçirilib. Yenilənmiş uçuş-enmə zolağı beynəlxalq təhlükəsizlik standartlarına tam cavab verir və əvvəlki kimi, bütün növ təyyarələri qəbul etmək imkanına malikdir.
Qeyd edək ki, layihənin miqyasına baxmayaraq, bu müddət ərzində Bakı hava limanında uçuşların fasiləsiz təmin edilməsi davam etdirilib.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 10 d. əvvəl
-
1 saat əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Ən çox oxunanlar
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib




















