Ötən əsrin 60-cı illərindən istismar olunan yarımstansiyalar yenidən qurulur - "İmpuls Group" ilə müqavilə bağlanılıb
Yarımstansiyaların layihələndirilməsi məqsədilə açıq tender müsabiqəsinin qalibi olan "İmpuls Group" MMC ilə müqavilə bağlanılıb.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan prioritet istiqamətlərin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində bir sıra işlər həyata keçirilir.
Bu barədə Marja-ya Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Dövlət Proqramının "2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı"na uyğun olaraq Dövlət Energetika Xidməti tərəfindən 110/35/10 kilovoltluq "Çeşməbasar" və "Sədərək" yarımstansiyalarının layihələndirilərək yenidən qurulması işləri aparılır.
Həmçinin, 35/10 kilovoltluq "Sədərək", "Nəzərabad" və "Əbrəqunus" yarımstansiyalarının da yenidən qurulması istiqamətində işlər davam edir.
Bu məqsədlə dövlət satınalması vasitəsilə alınmış 6 ədəd 6300 kilovat gücündə, 35/10 kilovoltluq güc transformatorlarından artıq 4 ədədi muxtar respublikaya gətirilib.
Həmçinin bu yarımstansiyaların layihələndirilməsi məqsədilə açıq tender müsabiqəsinin qalibi olan "İmpuls Group" MMC ilə müqavilə bağlanılıb.
Bundan əlavə bu yarımstansiyaların tikiləcəyi torpaq sahələri də müəyyənləşib, yarımstansiyaların torpaqlarında torpoqrafiya işləri yekunlaşdırılıb, mühəndis geoloji işləri görülüb və nümunələr Bakı şəhərinə laboratoriyaya göndərilib.
Ümumilikdə ötən əsrin sonlarından istismar olunan, 10000-dən artıq abonentlərin elektrik enerjisi ilə təminatını həyata keçirən elektrik yarımstansiyaları yenidən qurulur.
Bu layihələrin icrası imkan verəcək ki, elektrik enerjisinin uzaq məsafələrə, eyni zamanda yaşayış məntəqələrinə çatdırılması, paylanması və elektrik enerjisi təchizatında səmərəliliyi, abonentlərin elektrik enerjisi ilə təminatında dayanıqlılığı və keyfiyyəti artsın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
- 15 saat sonra
-
-
35 d. əvvəl
9 ayda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan və İran mobil rabitə şəbəkələrinin tənzimlənməsi üzrə razılaşmalar əldə edib
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan müştəriləri üçün “ƏDV Geri Al” funksiyasını istifadəyə verdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Dabaq xəstəliyinin qida məhsulları vasitəsilə insanlara keçmə ehtimalı sıfıra yaxındır”
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birgə-investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişi mübadilə edilib
- 2 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Şirkətlərdə yeni vakansiyalar

9 ayda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Ziraat Bank Azərbaycan müştəriləri üçün “ƏDV Geri Al” funksiyasını istifadəyə verdi

"Təsis etdiyimiz İnvestisiya Fondu böyük potensiala malikdir. Artıq həyata keçirilmə mərhələsində olan bir neçə layihə mövcuddur"
Ən çox oxunanlar

Tokayev: Azərbaycan üzərindən tranzit olunan neftin həcmi 1,5 milyon ton təşkil edib

Ermənistan İlham Əliyevin bəyanatını alqışlayır

"Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər"

"Trampın öz adını verdiyi layihə mütləq reallaşdırılacaq"

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub

Türkiyədən Çin mallarına qarşı yeni məhdudiyyət
