Azərbaycanda ötən il MMC-lərin 32 %-i, SC-lərin 43%-i auditdən keçməyib
2023-cü ildə Azərbaycanda 2862 məhdud məsuliyyətli cəmiyyət (MMC) məcburi audit subyekti olub.
Auditorlar Palatasının məlumatına görə, bu, 2022-ci illə müqayisədə 7,65 % azdır.
Bununla belə, ötən il auditdən keçmiş MMC-lərin sayı isə 37,05 % artaraq 1942-yə, onların xüsusi çəkisi isə 45,7%-dən 68 %-ə yüksəlib. Başqa sözlə, il ərzində MMC-lərin 32 %-i auditdən keçməyib.
Səhmdar cəmiyyətlərinin 43%-i auditdən keçməyib
2023-cü ildə Azərbaycanda 377 səhmdar cəmiyyəti (SC) məcburi audit subyekti olub. Bu, 2022-ci illə müqayisədə 3,9 % çoxdur.
Ötən il auditdən keçmiş SC-lərin sayı isə 10,9 % artaraq 214-ə, onların xüsusi çəkisi isə 53,2 %-dən 57 %-ə yüksəlib. Başqa sözlə, il ərzində SC-lərin 43 %-i auditdən keçməyib.
Məcburi audit subyektlərinin sayı azalıb
2023-cü ildə Azərbaycanda 4 937 məcburi audit subyekti olub. Bu, 2022-ci illə müqayisədə 4,45 % azdır.
Bununla belə, ötən il auditdən keçmiş qurumların sayı 30,5 % artaraq 2 962-yə çatıb, onların xüsusi çəkisi isə 40,4 %-dən 60 %-ə yüksəlib.
Bələdiyyələrin 54 %-i auditdən keçməyib
2023-cü ildə Azərbaycanda 1 606 bələdiyyə məcburi audit subyekti olub. Bu, 2022-ci illə müqayisədə 0,1 % çoxdur.
Ötən il auditdən keçmiş bələdiyyələrin sayı isə 25,05 % artaraq 744-ə, onların xüsusi çəkisi isə 37,1 %-dən 46,3 %-ə yüksəlib. Başqa sözlə, il ərzində bələdiyyələrin 53,7 %-i auditdən keçməyib.
Siyasi partiyaların 60 %-i auditdən keçməyib
2023-cü ildə Azərbaycanda 50 siyasi partiya məcburi audit subyekti olub. Bu, 2022-ci illə müqayisədə 9,1 % azdır.
Bununla belə, ötən il auditdən keçmiş siyasi partiyaların sayı isə 5,3 % artaraq 20-yə, onların xüsusi çəkisi isə 34,5 %-dən 40 %-ə yüksəlib. Başqa sözlə, il ərzində siyasi partiyaların 60 %-i auditdən keçməyib.
© “Report”
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















