Özbəkistan Bakı limanının ərazisində terminal tikmək niyyətindədir
"Özbəkistan və Azərbaycanın ayrıca nəqliyyat-logistika dəhlizləri sisteminin formalaşdırılması məsələsində ümumi fikirləri var. Ölkələrimiz bu vəzifəni öz iqtisadiyyatlarının inkişafı üçün mühüm amil kimi qiymətləndirirlər. Bunu nəzərə alaraq, nəqliyyat kommunikasiyalarının inkişafı sahəsində praktiki əməkdaşlığın genişləndirilməsi Özbəkistan-Azərbaycan qarşılıqlı fəaliyyətinin gündəliyində getdikcə daha prioritet yer tutmağa başlayır".
Bunu Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun şöbə müdiri Bəhrom Sotiboldiyev bildirib.
O qeyd edib ki, Özbəkistan Azərbaycanın infrastrukturu vasitəsilə daşımaları fəal şəkildə artırır:
"Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin proqnozlarına əsasən, cari ildə bu istiqamətdə 1 milyon tondan çox Özbəkistan yükü daşınacaq. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından dinamik şəkildə istifadə olunur. Biz bu nəqliyyat marşrutunun hərtərəfli modernləşdirilməsinin bu yaxınlarda yekunlaşmasını və ötürmə qabiliyyətinin ildə 5 milyon tona çatdırılmasını nəzərə alaraq, tədarükün artırılmasını gözləyirik. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə yükdaşımalarının artırılması da perspektivli görünür. Özbəkistan Bakı limanının ərazisində anbar infrastrukturu yaratmaq və ayrıca terminal tikmək niyyətindədir. Azərbaycan tərəfi ilə də gəmiqayırma və gəmiçilik sahəsində birgə layihələrin həyata keçirilməsinə dair danışıqlar aparılır.
Asiyadan Avropaya ən qısa quru yolunun təmin edilməsi məqsədlərinə nail olmaq baxımından Özbəkistan və Azərbaycan öz tranzit potensialından qarşılıqlı faydalı istifadəyə yönəlib. Daşkənd öz logistik imkanlarını genişləndirdikcə, Azərbaycanın infrastrukturu vasitəsilə yükdaşımaları artırmağa çalışır. Öz növbəsində, Bakı da planlaşdırılan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin Xəzər dənizinə qədər uzanmasında maraqlıdır".
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)


