Azercell “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”na start verir
Lider mobil operator sosial layihə təkliflərinin qəbuluna başlayır(®) Azercell “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalaraq qadınların ictimai həyatda fəallığının artırılmasını hədəfləyən sosial layihə müsabiqəsini elan edir.
Müsabiqənin məqsədi qadınların cəmiyyətdə mövqeyinin yaxşılaşdırılmasına, həmçinin maddi-mənəvi rifahının artırılmasına dəstək olmaqdır.
Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı mövzulardan birini əhatə etməlidir:
- Müxtəlif istiqamətlər üzrə qadınların bilik və bacarıqlarının təkmilləşdirilməsi;
- Qadınlara sahibkarlıq və biznes fəaliyyətinə dair praktiki biliklərin aşılanması;
- Texnoloji və innovativ sahədə qadınlarda yeni bacarıqların formalaşdırılması;
- Qadınların hüquq və maliyyə savadlılığının artırılması;
- Qadınlar arasında sağlam həyat tərzinin təbliğ edilməsi.
Seçim zamanı rəqəmsal mühitin inkişafına, inklüzivliyin təmin edilməsinə, həmçinin texnoloji həllər vasitəsilə həyat səviyyəsinin yüksəldilməsinə dəstək olan layihələrə üstünlük veriləcək. Layihələrin geniş hədəf qruplarına faydalı olmasına, eyni zamanda davamlı şəkildə həyata keçirilməsinə önəm veriləcək.
Layihələrin qiymətləndirmə prosesinin şəffaflığını və obyektivliyini təmin etmək məqsədilə müsabiqəyə təqdim olunan təklifləri ölkənin bu sahələrdə ixtisaslaşmış ekspertlərindən ibarət münsiflər heyəti dəyərləndirəcək.
Müsabiqə çərçivəsində iki qalib layihə seçiləcək ki, hər birinin həyata keçirilməsi üçün Azercell tərəfindən 5.000 AZN-dək qrant ayrılacaq.*
Qeyd edək ki, müsabiqədə yalnız qeyri-hökumət və qeyri-kommersiya təşkilatları iştirak edə bilərlər.
Layihə təklifləri Azərbaycan dilində 27.08.24-10.09.24 il tarixləri aralığında qeyd olunmuş link üzərindən göndərilməlidir. Müraciətə layihənin həyata keçirilməsi üçün tələb olunan büdcənin detallı açıqlamasının əlavə edilməsi xahiş olunur.
“Azercell Telekom” MMC bütün iştirakçılara uğurlar arzu edir!
* Qrantın məbləği münsiflər heyətinin layihə dəyərləndirməsindən asılı olaraq dəyişə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
22 saat sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
- 8 d. əvvəl
-
-
22 d. əvvəl
Naxçıvanda “Cahan Şirkətlər Qrupu”nun 30 illiyi qeyd edilib - FOTOLAR
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Fırtına Su Sistemləri” Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac həyata keçirir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
İsrailin aviaşirkətinin Bakıya ilk reysi qarşılanıb
İki KOB klaster şirkətində 20-dən çox KOB birləşəcək
Microsoft-un OpenAI-dəki payı 27 faizə çatacaq
Nvidia-dan Nokia-ya 1 milyard dollarlıq investisiya
Apple-ın bazar dəyəri ilk dəfə 4 trilyon dolları ötdü
Bakı metrosunda gediş haqqının bank kartları ilə ödənilməsi sistemi test rejimində istifadəyə verilib
Rəsmi məzənnələr açıqlandı
Dövlət qurumu 627 mənzili güzəştlə satır - QİYMƏTLƏR
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb













.jpg)









