Rusiya şirkəti Azərbaycandakı biznesinin satışından 56,8 milyon manat əldə edib
“RussNeft”in (Русснефть) Azərbaycanda neft-qaz layihələrində iştirak edən şirkətlərin daxil olduğu "GEA Holdings Limited" qrupunun satışından əldə etdiyi gəlir 3 milyard 52 milyon rubl (cari məzənnə ilə 56.8 milyon manat) təşkil edib.
Marja.az xəbər verir ki, bu barədə Tass şirkətin materiallarına istinadən məlumat yayıb.
"RussNeft" qeyd edib ki, 2024-cü ilin iyununda "GEA Holdings Limited" qrupuna sahib olan törəmə "Global Energy Cyprus Limited"dəki payını satıb.
"RussNeft" "GEA Holdings Limited"in törəmə və müştərək müəssisələri vasitəsilə Azərbaycanın dövlət şirkəti SOCAR ilə hasilatın pay bölgüsü layihələrində iştirak edirdi. "Russneft" 2014-cü ildə "GEA Holdings Limited"i alıb. Bu şirkət və bir neçə əlaqəli müəssisə iyunun 30-dan etibarən "Russneft"ə bağlı şirkətlərin siyahısından çıxarılıb.
Satışla əlaqədar olaraq daha bir neçə şirkət "Russneft"i tərk edib: Kura Valley Holding Company, Karasu Petroleum Company, Karasu Development Company, Karasu Operating Company, Global Energy Azerbaijan Limited, Global Energy Azerbaijan Management Limited, Neftechala Petroleum Limited, Neftechala Investments Limited, Neftechala Operating Company, Absheron Petroleum Limited, Apsheron Investments Limited, Absheron Operating Company Limited, Shirvan Petroleum Limited, Shirvan Investments Limited, Shirvan Operating Company Limited, Repleton Enterprises Limited, Azen Oil Company B.V., Binagadi Oil Company, Global Energy Caspian Limited.
Bütün bu şirkətlər Azərbaycanda neft və qaz yataqlarının işlənilməsi ilə bağlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti

























.jpg)
