Yeni nəsil özəl orta məktəb olan “SABAH.school”a şagird qəbulu davam edir
(®) Yeni nəsil özəl məktəb olan “SABAH.school”da 2024-2025 tədris ili üçün şagird qəbulu davam edir. Məktəb, müasir texnologiyanı təhsilə inteqrasiya edərək şagirdlərdə innovasiya və texnologiyayönümlü bacarıqların inkişafını hədəfləyir. Əsas üstünlüklərdən biri Beynəlxalq Bakalavriat (IB) proqramının tətbiqidir ki, bu da dünya standartlarına uyğun təhsil və qlobal imkanlar təqdim edir.
SABAH.school-un tədris metodologiyası tətbiqi öyrənmə, akademik və praktiki təhsilin birləşməsinə əsaslanır, bu da şagirdləri müstəqil qərarlar qəbul etməyə və gələcəkdə rəqabətə davamlı fərdlər kimi inkişaf etməyə hazırlayır.
Məktəbin direktoru Metyu Konnel qeyd edib ki: "SABAH.school olaraq biz hər bir şagirdin potensialını maksimum dərəcədə inkişaf etdirmək üçün müasir texnologiya və tətbiqi tədris metodologiyalarını birləşdiririk. Məqsədimiz, gələcəyin liderlərini yetişdirərək onların rəqabətə davamlı və innovativ düşüncəyə sahib fərdlər kimi formalaşmasını təmin etməkdir."
“Sea Breeze” kompleksində yerləşən SABAH.school-un açılışı 2 sentyabr 2024-cü il tarixində planlaşdırılır. İlkin mərhələdə məktəbəqədər, I və II siniflər üzrə şagirdlərin qəbulu nəzərdə tutulmuşdur.
Məktəb illik təhsil haqqına gündəlik iki dəfə qidalanma, nəqliyyat xidməti, məktəbli forması, dərs materialları, üzgüçülük, şahmat, kodlaşdırma, rəqəmsal incəsənət, robototexnika və bir sıra digər dərsdənkənar fəaliyyətlər kimi xidmətləri daxil edir.
Xatırladaq ki, hal-hazırda 2000 AZN dəyərində endirim kampaniyamız da davam edir və endirim yalnız bu il qeydiyyatdan keçən şagirdlərin 11 illik təhsil müddətində tətbiq ediləcəkdir. Yerlər məhduddur, qeydiyyatdan keçməyə tələsin!
Qeydiyyat üçün sabahschool.com veb-saytına daxil ola və ya +994 10 228 71 34 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
15 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 15 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
18 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
19 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















