Ləğv edilən hüquqi şəxs "Akabe" MMC deyil, "Akabe" ASC-dir
"Akabe" mağazalarını (Akabe Inshaat) idarə edən "Akabe" MMC şirkəti (VÖEN: 1400142861) fəaliyyətini davam etdirir. Ləğv edilən şirkət - uzun müddətdir fəaliyyəti olmayan "Akabe" ASC-dir.
Bu barədə Marja.az-a "Akabe" MMC şirkətindən bildirilib.
Qeyd edilib ki, "Akabe" ASC-nin ləğv edilməsi barədə bildiriş "Akabe" MMC-nin müştəriləri və tərəfdaşları arasında narahatlığa səbəb olub: ""Akabe" MMC və mağazaları fəaliyyətini davam etdirir, müştərilərin və tərəfdaşların narahatlığına əsas yoxdur".
"Akabe" MMC-nin də hüquqi ünvanı Bakı, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev.12-dir. 11 min 137 manat nizamnamə kapitalı olan "Akabe" MMC şirkətinin direktoru Nəcəfzadə İlqar Hüsəməddin oğludur.
"Akabe" MMC inşaat materiallarının istehsalı və satışı fəaliyyətləri ilə məşğul olur. Şirkət Avropa və Asiyanın Kutahya, Etili, Seramiksan, Huayi, Cleanox, Duravit, Hansgrohe, Grohe, Artemis, Turkuaz, Pars Tile, Mercan Seramik, Adell Banyo, Armadi Art, Badella, Laufen, Ph Dizayn kimi tanınmış brendlərin Azərbaycandakı rəsmi distribyutorudur.
Xəbər verdiyimiz kimi, "AKABE" ASC-nin (VÖEN: 1005302881) Ümumi Yığıncağı 09 avqust 2024-cü il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir. Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini Bakı, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev.12 ünvana bildirə bilərlər. Qeyd edək ki, 4 min manat nizamnamə kapitalı olan "AKABE" ASC-nin ləğvedicisi Anar Quliyevdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
30 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Ən çox oxunanlar
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)





.jpg)


