Məktəbli bazarında vəziyyət - satıcılar alıcı qıtlığı yaşayır
Tədris ilinin başlanmasına az müddət qaldığını nəzərə alaraq alıcı sıxlığını müşahidə etmək və məktəb ləvazimatlarının qiymətini öyrənmək üçün mağazalardakı vəziyyətlə maraqlandıq.
Paytaxtdakı mağazalardan birinin satış mütəxəssisi, Elməddin Əliyev ilə söhbət zamanı məlum oldu ki, məktəb ləvazimatlarının qiymətində ötən illə müqayisədə artım var.
Onun sözlərinə görə, məktəbli çantalarının qiymətində keçən illə müqayisədə bu il fərq yoxdur. Qiymətlər təxminən 25-170 manat aralığında dəyişir. Lakin sadə qələmlərin qiyməti 0,07 qəpikdən 0,09 qəpiyə qalxıb. Ən çox artım isə dəftər və qələmlərdə müşahidə olunur. Belə ki, keçən il 24 vərəqli dəftərin qiyməti 0,30 qəpik idisə, bu il 0,35 qəpikdir. 40 vərəqli dəftərlərin qiymətində də 0,05 qəpik artım baş verib. Qələmlərin məbləği 0,09 qəpikdən 0,15 qəpiyə qalxıb. Keçən il 6 manata olan su qabı bu il 7-10 manat arası dəyişir.
Müsahib bildirib ki, ötən illə müqayisədə bu il alıcı sayı çox azdır:
“Hazırda alıcı sıxlığı yoxdur. Ötən il bu vaxtlar biz yetərincə mal satmış olurduq. Bu il isə sezona hələ giriş edə bilməmişik. Ola bilsin bu alıcıların maddi vəziyyəti ilə bağlıdır. Bahalaşma bir-iki məhsul alana təsir etmir. Amma insanlar 50-60 manatlıq alış-veriş edəndə qiymət artımını hiss edirlər”.
Daxil olduğumuz digər mağazada isə vəziyyət fərqlidir. Bəzi məktəb ləvazimatlarının qiyməti ötən illə müqayisədə ucuzlaşıb. Dəftərlərin qiymətində 0,05 qəpik (0,25-0,20 qəp), qələm qablarında 0,50 qəpik (2,50-2 AZN), bir qutu A4-ün qiymətində isə keçən illə müqayisədə nə az nə çox 3 manat (8-5 AZN) ucuzlaşma müşahidə olunur. Çantaların qiyməti isə minimum 10 manatdan başlayır. Digər məhsullarda qiymət aralığı belədir:
Rəngli karandaşlar – 0,80 manat
Pozan – 0,15 manat
Qələm – 0,06 manat
Qələmyonan – 0,40 manat
Rəngli flomaster – 2 manat
Ağardıcı qələmlər – 0,60 - 0,80 manat
Su qabları – 2-10 manat
Termoslar – 4-18 manat
Kağız üçün yapışqan – 0,60-1,5 manat
Hər iki mağazada olan məhsulların Çindən gəlməsinə baxmayaraq niyə bu qədər qiymət fərqi olmasını soruşduqda həmin mağazanın satış mütəxəssisi Əlizadə Xəyal bildirdi ki, düzdür mallar eyni ölkədən gəlir. Lakin azad bazar sistemində qiymət fərqinin olması normal haldır. Çeşid və keyfiyyətə görə də qiymət dəyişə bilər.
O, məktəb dövründə də qiymət artımı gözlənilmədiyini deyib:
“Sizin də gördüyünüz kimi alıcı sayı çox azdır. Ötən illərdə bu vaxt mağazaya insan axını olurdu. Belə halda qiyməti minimumda saxlamalıyıq. Çünki bahalaşma olsa insanlar ümumiyyətlə mağazaya yaxın durmazlar. Sentyabr ayında da hazırkı qiymətlərə artım olacağı nəzərdə tutulmur”.
Aldığımız cavablardan belə nəticəyə gəlmək olar ki, bir məktəbli üçün onun ləvazimatlarına orta hesabla minimum 100 AZN məbləğində pul lazımdır. Qeyd edək ki, bu məbləğə məktəbli forması və digər tələbatlar daxil deyil.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
30 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Ən çox oxunanlar
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
















.jpg)














.jpg)

