Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"BakuBus" Zaqatala və Mingəçevirə sərnişin daşıyacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
"BakuBus" Zaqatala və Mingəçevirə sərnişin daşıyacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Şəmkir və Bakı-Mingəçevir şəhərlərarası avtobus marşrutları ilə bağlı elan etdiyi müsabiqəyə yekun vurub.

"Marja" bu barədə AYNA-ya istinadən xəbər verir.

Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunub.

“Bakı-Zaqatala-Bakı” və “Bakı-Mingəçevir-Bakı” marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC, “Bakı-Gəncə-Bakı” marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC, “Bakı-Şəmkir-Bakı” marşrutu üzrə fiziki şəxs Qurbanov Bilal Xeyrəddin oğlu ən çox bal toplayaraq qalib elan olunublar.

Şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir.

Bakı-Zaqatala Bakı-Gəncə Bakı-Şəmkir Bakı-Mingəçevir bakubus UğurluYol Qurbanov Bilal Xeyrəddin
20.08.2024 09:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18