Türkiyə Mərkəzi Bank bu gün faiz qərarını açıqlayacaq
Türkiyə Mərkəzi Bankı bu gün faiz qərarını açıqlayacaq. Bank əvvəlki iclasda dərəcəsini 50 faiz səviyyəsində sabit saxlamışdı. İqtisadçılar faizin bu ay 50 faiz səviyyəsində sabit qalacağına əmindirlər.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi bu gün Mərkəzi Bankın sədri Fatih Karahanın sədrliyi ilə toplanacaq və Bakı vaxtı ilə saat 15.00-da faiz qərarı açıqlanacaq.
Marja xəbər verir ki, iclas Braziliyada keçiriləcək G20 Maliyyə nazirləri-Mərkəzi Bank rəhbərləri görüşü ilə əlaqədar olaraq 2 gün önə çəkilib.
TCMB ötən ay keçirilən iclasda pul siyasəti faizini 50 faiz səviyyəsində sabit saxlayıb. İqtisadçılar siyasət faizinin bu ay da 50 faiz səviyyəsində sabit qalacağına əmindirlər.
İlin sonuna qədər ilk faiz endirimi gözləntiləri davam edir.
Mərkəzi Bankın İdarə Heyəətinin ən mühüm mövzularından biri bazarda türk lirəsinin bahalaşması olacaq. Bildirilir ki, TCMB bazardakı izafi likvidliyin geri çəkilməsi üçün yeni addımlar ata bilər.
Bu məqamda faiz dəhlizi ilə bağlı qərarın verilə biləcəyi bildirilir.
Türkiyə üçün inflyasiya gözləntiləri azalmaqda davam edir. Bazar iştirakçılarının ilin sonuna inflyasiya proqnozu 43,52 faizdən 42,95 faizə düşüb. İyul ayı üçün proqnoz 2,41 faizdən 2,77 faizə yüksəlib.
Türkiyə vətəndaşlarının ilin sonuna inflyasiya proqnozu 90 faizdən yuxarıdır. TCMB-nin 2024-cü il üçün inflyasiya proqnozu 38 faiz olaraq müəyyən edilib. İyun ayında inflyasiya aylıq müqayisədə 1,64 faiz artıb. İllik inflyasiya 71,6 faiz təşkil edib.
Bakı vaxtı ilə saat 08:40-da ABŞ Dolları/Türk Liləri məzənnəsi 32,93 lirə səviyyəsində olub.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 32 d. əvvəl
-
35 d. əvvəl
Azərbaycan Dəmir Yolları tərəfindən qəbul edilən blok qatarın sayı kəskin artıb
-
- 37 d. əvvəl
- 47 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidməti planı 592,1 milyon manat artıqlaması ilə yerinə yetirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB
-
1 saat əvvəl
İri bankın nizamnamə kapitalı 31 milyon manatdan çox artırılır
- 1 saat əvvəl
Son Xəbərlər

akart 2 beynəlxalq mükafata layiq görüldü

SOCAR Çin şirkətilə saziş imzalayıb

Əmanətinizə illik 10.5% artım – EXPRESSBANKDA

Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB

İri bankın nizamnamə kapitalı 31 milyon manatdan çox artırılır
Ən çox oxunanlar

Oktyabrda Azərbaycanda rəsmi fəaliyyətə başlayır

Azərbaycan bankına əlavə kapital yatırılır

İdarə üçün Xankəndidə yeni bina tikiləcək

Dövriyyədə olan nağd pul və bank ehtiyatları azalıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Məktəbli formalarının satıldığı ünvanlar açıqlandı - SİYAHI
