Azərbaycanda işçilər üçün ilk Fintech kartı
İşçilərinizi məmnun və şirkətə bağlı saxlamaq istəyirsiniz? Bu kartı əldə etsələr işdən çıxmayacaqlar. Ətraflı xəbərdə.Yerli startap (startup) Perkskit şirkəti Accessbank ilə birgə və Mastercard-ın dəstəyi ilə, işçilər üçün xüsusi bank kartını təqdim edir.
Bu günlərdə şirkətlər işçilərini məmnun və bağlı saxlamaq üçün müxtəlif loyallıq proqramları təklif edir. Bu proqramlar maaş qədər vacibdir. Amma hər işçinin maraqları fərqli olduğundan, ayrılan loyallıq büdcəsi səmərəsiz istifadə olunur. İşçilər özlərini şirkətə bağlı hiss etmədikdə işdən çıxırlar. Yeni işçinin tapılması və adaptasiyası isə şirkətlər üçün vaxt və maliyyə itkisidir.
Perkskit, şirkətlərə işçilərin bonuslarını, mükafatlarını, güzəştlər büdcəsini və hətta əmək haqqını özəl debet kartına köçürməyi təklif edir.
Bu kart ilə işçilər, 100-dən çox məkanlarda ödəniş etdikdə 30%-dək kəşbək və NFC ödəmələrində 10%-dək endirim əldə edəcəklər. Həmçinin, Accessbank-dan sərfəli kredit imkanları və kart balansı üzrə gəlir qazanacaqlar. Beləliklə, işçilərin maddi rifahı artacaq və özəl debet kartının onlara dəyər qatdığını anlayaraq şirkətlərinə daha sadiq qalacaqlar.
Şirkətlər isə bu vəsaitləri köçürdükdə heç bir komissiya ödəməyəcəklər (adətən əməkhaqqı fondu və bonuslarda 0,8% komissiya bank tərəfindən tutulur). Bu, əməkdaş sayısı çox olan şirkətlərdə xeyli qənaət deməkdir.
Bundan əlavə, Perkskit şirkəti, işçi bağlılığını təmin edən HR proqram təminatını və əməkdaşlar üçün mobil tətbiq həllini, kart sifarişi edəcək korporativ müştərilərə bir paketdə təklif edir.
Kart və HR proqram təminatını əldə edərək, işçi bağlılığını təmin etmək istəyən korporativ şirkətlər Perkskit-in veb saytında (https://perkskit.com) "Bizimlə Əlaqə" hissəsində formu dolduraraq müraciət edə və ya [email protected] email ünvanına yaza bilərlər.
İşçilərinizi məmnun və bağlı saxlamaq, xərclərinizə qənaət etmək üçün bu fürsəti qaçırmayın!
“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixində verilmiş 245 saylı lisenziya əsasında Bakı şəhəri, AZ1065, Tbilisi prospekti 3 ünvanında fəaliyyət göstərir. Əlaqə: 151.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 42 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu





















