Trampın açıqlamalarından sonra dollar maydan bəri ən aşağı səviyyəsinə düşüb
Yapon yeninin güclü bahalaşması və Donald Trampın bəyanatları fonunda Amerika dolları (USD) əsas valyutalar qarşısında 2024-cü ilin may ayından bəri ən aşağı səviyyəyə enib. ABŞ prezidentliyinə namizəd Donald Tramp güclü dolların Amerika ixracatının rəqabət qabiliyyətini zəiflətdiyini qeyd edib, həmçinin yen və yuanın ucuz olmalarına işarə edib. Bu, onun bu il seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ valyutasını zəiflətmək üçün addımlar ata biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Bloomberg Dollar Spot Index (BBDXY) iyulun 17-də ticarət zamanı 0,4% dəyər itirərək 1246,92 bəndədək geriləyib.
Marja xəbər verir ki, bu, son iki ayda minimum səviyyədir.
İndeks inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin valyutalarından ibarət səbətin ABŞ dollarına nisbətdə dinamikasını izləyir.
Beynəlxalq Forex bazarında Yapon yeni dollara qarşı (USD/JPY) təxminən 1,5% bahalaşıb, ölkə hakimiyyətinin milli valyutanı dəstəkləmək üçün yenidən müdaxilə edə biləcəyinə dair davam edən gözləntilər fonunda, Donald Tramp Bloomberg-ə müsahibəsində yen məzənnəsinin zəifliyinə diqqət çəkib.
"Bizim böyük valyuta problemimiz var", Tramp deyib. O qeyd edib ki, yen və yuanın zəifliyi fonunda güclü dollar, öz məhsullarını ixrac edən Amerika şirkətləri üçün böyük yükdür: "Mən həmişə müşahidə etmişəm ki, onlar (Yaponiya və Çin) öz valyutalarını zəif saxlamaq üçün çox mübarizə aparırlar".
Donald Trampın açıqlamaları onun builki seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ valyutasını ucuzlaşdırmaq üçün addımlar ata biləcəyi ilə bağlı qorxuları artırıb. ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.
Bloomberg Dollar Spot Index (BBDXY) inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin valyutalarından ibarət səbətin ABŞ dollarına qarşı performansını izləyir. Səbətə valyuta bazarlarında ən yüksək likvidliyə malik valyutalar daxildir - Avro, Yapon yeni, Kanada dolları, Britaniya funtu, Meksika pesosu, Çin yuanı, İsveçrə frankı, Avstraliya dolları, Cənubi Koreya vonu, Hindistan rupisi, Sinqapur dolları və Yeni Tayvan dolları.
Yaponiya hakimiyyəti ötən həftə yenin məzənnəsini dəstəkləmək üçün 3,5 trilyon yen (22 milyard dollar) xərcləyib. Bir neçə ay əvvəl onlar Yapon valyutasının ucuzlaşmasının qarşısını almaq üçün rekord məbləğlər xərcləyiblər. Son on iki ayda yen təxminən 11% ucuzlaşaraq 1980-ci illərdən bəri ən aşağı səviyyəyə düşmüşdü. İyulun 3-də keçirilən ticarət zamanı USD/JPY cütlüyü bir dollar üçün 161 yenini ötərək 161,95 yenaya çatmış, bu da Yaponiya valyutası üçün 1986-cı ildən bəri ən aşağı səviyyə olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 15 d. əvvəl
-
21 d. əvvəl
Aqrar Subsidiya Şurası 2026-cı il üçün subsidiya əmsallarını açıqlayıb
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
24 d. əvvəl
MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı
- 30 d. əvvəl
- 37 d. əvvəl
-
40 d. əvvəl
Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatlar necə əldə olunur?
-
45 d. əvvəl
Unibank müəllimlər üçün 0 % komissiyalı kredit kampaniyası keçirir
- 47 d. əvvəl
- 49 d. əvvəl
-
50 d. əvvəl
Bank Respublika Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır!
-
54 d. əvvəl
Avqust 2025: Qlobal və yerli bank sektorunda yadda qalan hadisələr
Son Xəbərlər

Qızılın qiyməti yeni rekord səviyyəsini gördü

MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı

"Yelo Bank"da yığıncaq keçiriləcək

Unibank müəllimlər üçün 0 % komissiyalı kredit kampaniyası keçirir

Azər Türk Bank kredit faizini endirib
Ən çox oxunanlar

Avqust 2025: Qlobal və yerli bank sektorunda yadda qalan hadisələr

TuranBank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının rəsmi tərəfdaşı olub

Ziraat Bank Azərbaycanda beynəlxalq köçürmələri izləmə imkanı!

BYD-nin Azərbaycandakı rəsmi dileri Group Motors şirkəti oldu

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Ötən il ixracları sıfır səviyyədə olan və tanınmayan 4 şirkət bu il ilk 10-luqda yer tutublar

Fiziki şəxslərin müddətli əmanətləri iyul ayında 1.2% artıb
