Azərbaycanda 64,5 min şirkət fəaliyyətini müvəqqəti dayandırıb
Vergi ödəyicilərinin ümumi sayı 6,5 faiz artıb
2024-cü ilin iyul ayının 1-nə respublika üzrə uçotda olan 1.556.028 vergi ödəyicisinin 87,2 faizi fiziki şəxslər, 12,8 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 95.037 vahid (6,5 faiz), o cümlədən fiziki şəxslərin sayı 81.340 vahid (6,4 faiz), hüquqi şəxslərin sayı 13.697 vahid (7,4 faiz) artıb.
İyul ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 182.304 vahid təşkil edib və 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə 8,1 faiz artım qeyd alınıb.
İyul ayının 1-nə dövlət qeydiyyatında olan 117.802 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 10,7 faiz artıb.
2024-cü ilin yanvar-iyun aylarında 6.172 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 5.528-i (89,6 faiz) yerli investisiyalı, 644-ü (10,4 faiz) xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 4.961-i (80,4 faizi) elektron qaydada, onların isə 4.027-si Asan İmza ilə, 923-ü yeni üsulla (finkod+mobil nömrə), 11-i “SİMA” rəqəmsal imzası vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb.
İyul ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 37.636 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,9 faiz təşkil edib.
Həmin tarixə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,1 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
20 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 7 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
22 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























