Çinin nəhəng avtomobil brendi Bakıda təqdim edildi - "Azərbaycan bazarına xüsusi əhəmiyyət veririk"

12 İyul 2024-cü il tarixində "Auto Azərbaycan" şirkəti "GAC" brendinin Azərbaycanda rəsmi təqdimatını keçirib.
Marja.az xəbər verir ki, "Alov Qüllələri"ndə yerləşən "Fairmont Baku"da keçirilən tədbirdə marka, onun mövcud modelləri təqdim edilib, yaxın gələcəkdə təqdim olunacaq modellərin adları açıqlanıb.
Tədbirin aparıcısı qeyd edib ki, GAC markasının avtomobilləri Azərbaycanda da müasir avtomobillər haqqında düşüncələri yeniləyəcək və təəcübləndirəcək. Markanın avtomobilləri fərqli dizaynı, texnologiyaları və təhlükəsizlik sistemləri ilə dünya sürücülərinin etimadını qazanıb.
Təqdimatda çıxış edən "Auto Azərbaycan" şirkətinin Baş direktoru Emil İsmayılov bildirib ki, "GAC Motor" şirkəti yeni tərəfdaşıdır:
"GAC Motor" hazırda Çinin 5 iri avtomobil şirkətindən biridir. Eyni zamanda, satış və istehsal rəqəmlərinə nəzər salsaq, 2023-cü ildə 2,5 milyon ədəddən artıq avtomobil istehsal edilərək satılıb. Xüsusilə, yeni enerji avtomobillərin satışı yarım milyonun üzərində olmuşdur. Şirkət son texnologiya və innovasiyalar ilə məhsullar təqdim edir. "GAC Motor" transsərhəd əlaqələrini genişləndirərək, geniş qlobal bazara çıxmaqdadır".
Emil İsmayılov, "Çin ilə Azərbaycan uzunmüddətli dostluq münasibətlərinə malikdir", deyərək çıxışına belə davam edib:
"Auto Azərbaycan" şirkəti bazarda öz sözünü demiş bir şirkətdir. Xüsusilə, Şirkət müştərilər üçün Azərbaycanın bütün bölgələrində əlçatan olmağı qarşısına hədəf qoymuş, satış və satışdan sonra yüksək xidmətilər ilə fərqlənmişdir. "GAC Motor" ilə əməkdaşlıqda da eyni siyasəti davam etdirmək niyyətindəyik".
Təqdimatda çıxış edən "GAC İnternational" şirkətinin Asiya regionu üzrə nümayəndəsi Mei Yue bildirib ki, "GAC Group" şirkəti 1997-ci ildə təsis edilib. 2023-cü ildə Şirkətin istehsal və satışı illik müqayisədə ciddi artaraq 2,5 milyon ədədi keçib. İxraca yönəlmiş brend 2024-cü ildə də uğurla fəaliyyətini davam etdirir, artıq 39 ölkənin bazarında təmsil olunur:
"Cənubi Qafqaz regionu "GAC Group" üçün xüsusi əhəmiyyət kəsb edir, xüsusilə Azərbaycanın avtomobil bazarı Şirkətin prioritetlərinə daxildir. Sevindirici haldır ki, araşdırmalardan sonra Azərbaycan bazarında etibarlı tərəfdaş tapdıq və ditribyutorluq müqaviləsi imzaladıq. Azərbaycanda uzun illərdir böyük təcrübəyə sahib "Auto Azərbaycan" şirkətilə tərəfdaş olmağımız bizi çox sevindirir. GAC keyfiyyət və yeni texnologiyaların tətbiqi baxımdan Çinin iri şirkətlərindən biridir. İnanırıq ki, "Auto Azərbaycan" şirkəti GAC şirkətinin dəyərlərini Azərbaycan müştərilərinə ən yüksək səviyyədə təqdim edəcək və biz ən qısa zamanda Azərbaycan bazarında da irəli mövqedə qərarlaşacağıq".
Çıxışlardan sonra "GAC" brendinin modelləri təqdim olunub, qonaqlara onların xüsusiyyətləri və qiymətləri barədə məlumatlar verilib.
"GAC Azərbaycan"ın satış müdiri Kamil Həsənov markanın "Empou", "Emkoo", "GS 3 Emzoom", M8 və GS8 modellərini təqdim edib. O da vurğulayıb ki, GAC brendi premium sinif avtomobillər istehsal edir və Çinin avtomobil istehsalçıları arasında 5 ildir ardıcıl keyfiyyət göstəricilərinə görə öndə qərarlaşır.
Qeyd edilib ki, satılan avtomobillərə 5 il və ya 150 min km rəsmi zəmanət verilir. GAC rəsmi satış və servis mərkəzi Babək pr, 61C ünvanında fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
4 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
4 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
5 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 5 saat əvvəl
-
5 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
6 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 6 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
