Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-da və Avrozonada bir sıra mühüm iqtisadi məlumatların dərc edilməsi ərəfəsində çərşənbə günü səhər dollar major valyutalar qarşısında öz mövqelərini qorumağa davam edir. Ötən gün EUR/USD cütlüyü 1.0710 həddinə kimi eniş göstərsə də, hal-hazırda 1.0739 həddində ticarət olunur. Eyni zamanda, USD/JPY cütlüyü maksimum həddini yeniləməkdə davam edir. Belə ki, məzənnə 161.860 səviyyəsini test edib və 38 ilin yeni rekordunu yeniləyib. Dollar indeksi isə 105.71 bənd səviyyəsində sabitdir.
Dünən Avrozonada İstehlak Qiymətləri İndeksi göstəriciləri dərc olunub. İlkin hesablamalara görə, illik inflyasiya öncəki ay ilə müqayisədə iyun ayında 2.6%-dən 2.5%-ə enib. Dərc olunan göstərici analitiklərin proqnozları ilə üst-üstə düşüb. Aylıq ifadədə Avrozonada istehlak qiymətləri, ilkin hesablamalara görə, 0.2% artıb.
Həmçinin ABŞ-ın əmək bazarında açıq vakansiyaların sayı (JOLTS) açıqlanıb. Göstərici aylıq ifadədə aprel ayı ilə müqayisədə may ayında 7.919 milyondan 8.14 milyona qədər yüksəlib. Analitiklər göstəricinin 7.91 milyona qədər artacağını proqnozlaşdırmışdılar.
Çərşənbə günü Avrozonanın Sənaye və Xidmət Sektorlarında Kompozit Biznes Aktivliyi İndeksi (PMI) üzrə yekun məlumatlar dərc olunacaq. Analitiklər hesab edirlər ki, iyun ayında göstərici 52.2 bənddən 50.8 bəndədək zəifləyib.
Bundan əlavə, bazar iştirakçıları ABŞ-da işsizliklə bağlı məlumatların açıqlanmasını gözləyirlər. Analitiklər hesab edirlər ki, ölkədə işsizliklik üzrə müavinət almaq üçün müraciət edənlərin sayı iyunun 29-da bitən həftədə əvvəlki həftəyə nisbətən 2 min nəfər artaraq 235 min nəfər olub.
Əlavə olaraq çərşənbə günü ABŞ Federal Ehtiyatlar Sisteminin iyun iclasının protokollarının dərc olunması və ölkənin ticarət saldosuna dair məlumatların açıqlanması gözlənilir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
PAŞA Holding-in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti beynəlxalq tədbirlər seriyasını “INMerge” Berlin ilə yekunlaşdırıb
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 30 d. əvvəl
- 33 d. əvvəl
-
33 d. əvvəl
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
-
39 d. əvvəl
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
-
44 d. əvvəl
Neftçalada Xəzər dənizinə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
-
52 d. əvvəl
Avropa İttifaqında 150 avroyadək dəyəri olan bağlamalar üçün gömrük rüsumları qüvvəyə minib
-
56 d. əvvəl
Rusiyada miqrantların evlərinə göndərdiyi puldan 3 faiz vergi tutula bilər
-
1 saat əvvəl
Azərbaycanda son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Avropa İttifaqında 150 avroyadək dəyəri olan bağlamalar üçün gömrük rüsumları qüvvəyə minib
Ən çox oxunanlar
Azərbaycanda son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib
Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
"AccessBank" Oracle Software Update 2026 üzrə tender elan edir
İyulun 2-də gözlənilən hava şəraiti



























