1 nəfər işçi ilə milyonlara dövriyyə və gəlirini 2 dəfədən çox artıran lizinq şirkəti

Avtomobil lizinqi bazarında fəaliyyət göstərərn "Legion Financial" ASC 2023-cü ili 616 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 283 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il lizinq şirkətinin xalis mənfəəti 2,2 dəfə artıb.
Marja.az xəbər verir ki, "Legion Financial" şirkətinin faiz gəliri 2022-ci ildə 418 min manat ikən, 2023-cü ildə 893 min manata yüksəlib (2,1 dəfə artıb). Ötən il Şirkət təxminən 43 min manat digər gəlirlər də əldə edib (2022-ci ildə 7 min manat).
Ötən il "Legion Financial"ın 936 min manat gəlirinə qarşı cəmi əməliyyat xərcləri 166 min manat təşkil edib. Şirkət 770 min manat əməliyyat mənfəətindən 154 min manat mənfəət vergisi ödəyib.
Ötən il "Legion Financial" şirkətinin maliyyə lizinqi portfeli 2 milyon 608 min manat və ya 2,2 dəfə artaraq 31 dekabr 2023-cü il tarixində 4 milyon 727 min manata çatıb. Şirkətin maliyyə lizinqi portfeli 2022-ci ilin sonunda 2 milyon 120 min manat təşkil etmişdi.
Diqqəti cəlb edən "Legion Financial" ASC-nin milyonlarla manat dövriyyəni 1 nəfər işçi ilə həyata keçirməsidir. Ötən il şirkət 1 nəfər işçiyə malik olub ki, o da, İdarə Heyətinin sədri Məmmədov Böyükağa Mirkamal oğlu olub.
31 dekabr 2023-cü il tarixində "Legion Financial" ASC-nin səhmdarları İsmayılov Turan Mübariz oğlu (57,91%), Süleymanlı Ramin Rəhman oğlu (24,94%), Soltanov Rövşən Rafiq oğlu (11,14%) və Məmmədov Böyükağa Mirkamal oğlu (6,01%) olub.
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 36 d. əvvəl
-
- 53 d. əvvəl
-
1 saat əvvəl
“Fresco SS” şirkəti 3 şirkətin ona qoşulması yolu ilə yenidən təşkil edilib
-
1 saat əvvəl
Azərbaycandan Rusiyaya pomidor ixracı son iki ayda minimum səviyyəyə düşüb
-
1 saat əvvəl
Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb
-
1 saat əvvəl
AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
Ən çox oxunanlar

Naxçıvanda 107 istehsal müəssisəsi yaradılıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycanda 5 bankın aktivləri 2 milyard manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
