"İndiyənədək Azərbaycanda 930 milyon manatadək güzəştli ipoteka verilib"
Bu ilin əvvəlindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xəttilə 225,4 milyon manat ipoteka krediti verilib ki, bu da 2 489 ailənin mənzil şəraitini yaxşılaşdırmağa imkan verib.
Bunu İKZF-nin İpoteka kreditləşməsi üzrə direktoru İlham Kələşov “AzTV” telekanalında yayımlanan “İqtisadiyyat xəbərləri” verilişində deyib.
Onun sözlərinə görə, Fondun xətti ilə indiyənədək 50 300-dən çox ailə öz mənzil şəraitini yaxşılaşdırıb: “Həmin şəxslərə verilən ipoteka kreditlərinin ümumi məbləği 3 milyard 100 milyon manat təşkil edir. Verilən kreditlərin 78 %-i Bakı şəhərinin payına düşüb. Bu vaxta qədər güzəştli ipotekadan 16 600 nəfər yararlanıb. Onlar 930 milyon manatadək güzəştli ipoteka ilə təmin ediliblər".
İ. Kələşov qeyd edib ki, satma öhdəliyi ilə kirayə mənzil mexanizmindən istifadə edənlərin sayı isə 5 minə çatıb: "Bu mexanizm vasitəsilə mənzilə sahib olan şəxslərlə 4 725 kirayə müqaviləsi bağlanılıb”.
Xatırladaq ki, 2023-cü ildə ipoteka kreditləri hesabına 3 800-dən çox şəxsə 349 milyon manat məbləğində adi ipoteka kreditləri verilib. Bu il isə təqribən 350 milyon manat məbləğində adi ipoteka kreditlərinin verilməsi planlaşdırılır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 19 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























