Dollar 2024-cü ilin ən yüksək səviyyəsində
Bloomberg Dollar Spot İndeksi noyabr ayından bəri ən yüksək səviyyəyə çatıb. FED-in faizlərini digər mərkəzi banklardan daha yüksək saxlaması dolların bahalaşmasına səbəb olur.ABŞ Federal Ehtiyat Sisteminin (FED, mərkəzi bank) ilk faiz endirimini daha gec həyata keçərəcyini gözlənildiyi üçün dollar indeksi noyabr ayından bəri ən yüksək səviyyəyə qalxıb.
Marja.az xəbər verir ki, Çərşənbə günü Bloomberg Dollar Spot İndeksi 0,4 faiz də artaraq 1271,36 səviyyəsinə qalxaraq, ilin ən yüksək səviyyəsini qeyd edib.
ABŞ Dolları İndeksi isə 106 səviyyəsini keçib. Bu indeks ilin əvvəlindən bu yana 4.56% artıb.
Avropa Mərkəzi Bankı və Kanada Bankı iyunun əvvəlində faizlərini aşağı salıb, Fed isə faiz dərəcələrini iyirmi ildən çox müddətdə ən yüksək səviyyədə saxlayır.
Analitiklər FED-in borclanma xərclərini digər mərkəzi banklardan daha yüksək saxlamasından dolların faydalanmağa davam edəcəyini düşünürlər. Lakin analitiklər dəstəyin nə vaxtsa azala biləcəyi barədə xəbərdarlıq ediblər.
Digər tərəfdən, yen 1986-cı ildən bəri ən zəif səviyyəsinə enərək, faiz dərəcələrini aşağı saxlayan Yapon səlahiyyətlilərinin yeni müdaxiləsi riskini artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























