Azərbaycanın iri bankı ABB-nin səhmlərini alanlar neçə faiz qazanc götürə bilər?
"Səhm üzrə dividend isə son 3 ildə 2.8 qəpikdən 4.1 qəpiyə, yəni 46% artıb. Onu da qeyd edim ki, təkcə elə ötən il bir səhmə düşən mənfəət 8 qəpik olub, yəni səhmin gəlirliliyi 31%-ə yüksəlib".Bu günlərdə ABB-nin səhmlərinə abunə yazılışı başlayıb. Bankın yeni səhmləri kütləvi şəkildə vətəndaşlara təklif edilir. Bəs ABB-də səhm sahibi olmaq vətəndaşlara maddi olaraq nə qazandıracaq?
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Marja.az-a müsahibəsində bildirib ki, son 6 ildə ardıcıl olaraq ABB səhmdarlarına yüksək dividend ödəyib:
"2023-cü ilin maliyyə nəticələri əsasında da ABB-nin səhmdarlarına 185 milyon manat məbləğində dividend ödədik. Bu, hər səhm üzrə 4.1 qəpik deməkdir. Beləliklə, nominal qiymətlə hesablasaq, səhmlərimiz üzrə dividend gəlirliliyi 15,1%-ə yüksəldi. Səhm üzrə dividend isə son 3 ildə 2.8 qəpikdən 4.1 qəpiyə, yəni 46% artıb. Onu da qeyd edim ki, təkcə elə ötən il bir səhmə düşən mənfəət 8 qəpik olub, yəni səhmin gəlirliliyi 31%-ə yüksəlib. Bankımız daha çox qazandıqca, mənfəəti artdıqca, səhmdarlarına daha çox dividend ödəyəcək.
Bu baxımdan, ABB-də səhm sahibi olmaq vətəndaşlarımız üçün çox böyük qazanc fürsətidir. Səhmdarlarımız bir tərəfdən hər il yüksək dividend qazanırlar, digər tərəfdən isə onların sahib olduqları səhmlərin dəyərinin ildən-ilə artma potensialı var".
O qeyd edib ki, 2028-ci ilin 1 fevral tarixinə qədər Bakı Fond Birjasının listinqində olan səhmdar cəmiyyətlərin, o cümlədən ABB-nin səhmləri üzrə ödənilən dividendlərə görə fiziki şəxslərdən vergi tutulmayacaq.
İbrahimov, "Tam yerləşdirmədən sonra ABB-nin yeni səhmdarlarının öz səhmlərini satmaq imkanları da olacaq?" sualına belə cavab verib:
"Bəli, bu gün də mövcud səhmdarlarımız təkrar bazarda investisiya şirkətləri vasitəsilə səhmlərini sata və ya yeni səhmlər ala bilərlər. Qeyd edim ki, hazırda təkrar bazarın da rəqəmsallaşdırılması istiqamətində Azərbaycan Mərkəzi Bankı, Milli Depozit Mərkəzi və Bakı Fond Birjası ilə birgə işlər aparılır. Hədəfimiz odur ki, ilin sonunadək ABB mobile üzərindən həm ABB-nin səhmlərinin, həm də digər səhmlərin təkrar bazarda alqı-satqısı platformasını yaradaq, beləliklə səhmlərin likvidliyini tam təmin edək. Bu bazar ABB-nin son dövrlər fəal şəkildə daxil olduğu yeni biznes istiqamətidir. Ona görə qiymətli kağızlar bazarının inkişafı Bankımızın kommersiya fəaliyyətinə də çox müsbət təsir göstərəcək".
ABB-nin Sədri əlavə edib ki, hazırda ABB-nin 1800-ə yaxın özəl səhmdarı var: "Təsəvvür edin ki, qısa müddət ərzində artıq üç dəfə bundan artıq sayda, 6000-dən çox investor öz sifarişlərini yerləşdirib. Bu, Bankımızın səhmlərinə olan böyük marağı göstərir. Qeyd etdiyim kimi, hədəfimiz odur ki, Bankımıza on minlərlə yeni investor cəlb edək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
3 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
4 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 4 saat əvvəl
-
5 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı






















