Azərbaycan şirkəti 17,3 milyon manatlıq duz satıb, 2,2 milyon manat xalis mənfəət əldə edib
“Azərsun Holdinq” Şirkətlər Qrupuna daxil olan"Azərbaycan Duz İstehsalat Birliyi" QSC 2023-cü ili 2 milyon 235 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 2 milyon 71 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, "Azərbaycan Duz İstehsalat Birliyi" QSC-nin satışdan gəlirləri 2022-ci ildə 16 milyon 793 min manat ikən, 2023-cü ildə 17 milyon 313 min manata yüksəlib.
31 dekabr 2023-cü il tarixində "Azərbaycan Duz İstehsalat Birliyi" QSC 22 milyon 589 min manat cəmi aktivlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 24 milyon 893 min manat cəmi aktivlərə malik idi.
Xammalı Masazır gölündən təmin olunan "Azərbaycan Duz İstehsalat Birliyi" QSC ölkəni və regionu yodlaşdırılmış duz ilə tam təmin etmək imkanına malikdir. Layihəsi "Azərbaycan İnvestisiya Şirkəti" ilə birgə həyata keçirilmiş zavod ən müasir texnoloji avadanlıqlar və avtomatik idarəetmə sistemləri ilə təchiz edilib. UNİCEF və Səhiyyə Nazirliyinin tövsiyəsi və dəstəyi ilə fəaliyyətə başlayan Masazır Duz Zavodu yüksək standardlara uyğun duz istehsal edir.
Zavod 24 saat iş rejimi ilə çalışır və illik istehsal gücü 90000 tondur. Ətraf kəndlərdə işsizliyin aradan qaldırılmasında da danılmaz rolu olan müəssisədə 170 nəfər işçi daimi işlə təmin edilib. Zavod 8 hektar ərazini əhatə edib.
İtaliya, Almaniya, Türkiyə kimi ölkələrin ən son texnoloji avadanlıqları ilə təchiz edilmiş Masazır Duz Zavodunda istehsal olunan qida və sənaye duzları müxtəlif ölçülərdə və qablaşdırmalarda “AzərDuz”, “Salute”, “Bizim Duz”, “Alfa” markaları adı altında bazara təqdim edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)





