“PAŞA Bank” yerli bazara “Tarifim” xidmətini təqdim edib
() Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” kiçik və orta sahibkarların gündəlik biznes fəaliyyətini asanlaşdıran “Tarifim” xidmətini təqdim edib.
Yeni xidmət ilə sahibkarlar “PAŞA Bank Biznes”platformasında onlara lazım olan xidmətləri seçərək, bizneslərinin ehtiyacı olan məbləğ və müddəti özləri təyin edirlər. Birdəfəlik ödəniş edərək, seçdikləri məbləğ çərçivəsində köçürmələr və valyuta mübadiləsini əlavə komissiya ödəmədən icra etmək imkanı əldə edirlər. Xidmətə daxil olan məhsullar müştərilər tərəfindən gündəlik ən çox istifadə olunan əməliyyatları əhatə edir. Bu əməliyyatlara hesabda olan pul vəsaitlərinin yerli və xarici valyuta ilə bankdan kənar köçürmələr və valyuta mübadiləsi daxildir.
Qeyd edək ki, “Tarifim” xidməti ilə biznes sahibləri endirimli tariflərdən faydalana və xərclərini optimallaşdıra bilərlər. Hazırkı bazar şəraitində bizneslər üçün həm öz xərclərini optimallaşdırmaq və əməliyyatlarını sadələşdirmək, həm də maliyyə məsələlərinin idarə edilməsinin effektivliyini artırmaq mühüm məqamlardandır. Bu baxımdan, “PAŞA Bank” tərəfindən hazırlanan “Tarifim” xidməti sahibkarların gündəlik biznes ehtiyaclarının təmin edilməsi üçün faydalı xidmətdir.
Xatırladaq ki, sahibkarlar tamamilə onlayn hesab açmaqla “Tarifim” xidmətinə qoşula bilərlər.
Tarifim xidmətindən yararlanmaq və öz tarifinizi yaratmaq üçün keçid edin: https://pshb.az/ferdi_tarifini_yarat
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























