TuranBank 2024-cü ilin 1-ci rübünün nəticələrini elan etdi
Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən TuranBank ASC 2024-cü ilin I rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 1 aprel 2024-cü il tarixinə TuranBank-ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 7.4% və ya 61 mln. manat artaraq 883.7 mln. manat olub.
Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın müştərilərə verilmiş kreditləri ötən ilin analoji dövrü ilə müqayisədə 13.5% və ya 75.7 mln. manat artaraq 635 mln. manat, biznes müştərilərinə verilmiş kreditləri isə 15.7% və ya 50 mln. manat artaraq 369.6 mln. manat təşkil edib.
Bankın cəmi depozit portfeli ötən ilin sonu ilə müqayisədə 0.7% və ya 3 mln. manat artaraq 461.9 mln. manat, o cümlədən fiziki şəxslərin depozitləri 1.9% və ya 7.6 mln. manat artaraq 402.2 mln. manat olub ki, bu da müştərilərin Banka inamının yüksək olmasının göstəricisidir.
Bununla yanaşı ölkəmizdə sahibkarlığın, xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə daima dəstək olan, özəl sektorun inkişafına öz töhfəsini verən TuranBank III Aqrobiznesin İnkişafı Forumunda “2023-cü ildə mikrokreditləşmədə rəqabətliyin artımına ən çox töhfə verən bank” nominasiyasında mükafat qazanıb.
Hesabat dövründə TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində Zaqatala rayonunda yerləşən heyvan sığınacağını ziyarət edərək heyvanları qida, tibbi ləvazimatlar və digər bütün zəruri ehtiyaclarla təmin edib, həmçinin bütün satış nöqtələrinin qarşısında soyuq, qarlı havadan müdafiə olunması məqsədilə sahibsiz küçə pişiklər üçün evciklər quraşdırılmasını və onların daim yem, su ilə təmin olunmasını həyata keçirib. Təsadüfi deyil ki, Bank Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “Bankçılıq Mükafatları - 2023” tədbirində “Korporativ sosial məsuliyyət” və “Özünüməşğulluq Proqramında iştirak” nominasiyaları üzrə mükafatla təltif edilib.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 7 d. əvvəl
-
- 9 d. əvvəl
- 18 d. əvvəl
-
32 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti






























