Araz Ağalarov: “Terrorçular insanların zalda diri-diri yanmasını istəyirdilər”

“Terrorçuların qaçdığı iddia edilən avtomobil ona görə tapılıb ki, məlumatı saxlamaq mümkün oldu, həmin maşın yandırılmalı idi".
Bunu RBC telekanalına “Crocus City Hall”un sahibi Araz Ağalarov deyib.
“Biz Fövqəladə Hallar Nazirliyinə bu yöndə məlumat verdik və onlar informasiyaların saxlanıldığı otaqda yanğının qarşısını aldılar. Beləliklə, informasiyanı xilas etdilər. Bu məlumatdan istifadə edərək terrorçuların qaçış yollarını və təqib edilən avtomobilin nömrəsini müəyyən edə bildilər”, - deyə Ağalarov bildirib.
RBC onu da xəbər verir ki, Moskvanın Crocus City Hall binasında terror aktı törədən cinayətkarlar “Renault Symbol” markalı avtomobillə qaçıblar. Onlar Bryansk vilayətinin Karaçevski rayonunun Xatsun kəndi ərazisində tapılıb. Federal Təhlükəsizlik Xidməti terror aktını törədən dörd nəfərin hamısının saxlanıldığını açıqlayıb.
“Terrorçuların vəzifəsi fərqli idi - onlar sadəcə çoxlu sayda insanı öldürmək deyil, bu insanların zalda diri-diri yanmasını istəyirdilər. Çünki edamla paralel olaraq hər yeri yanar maddələrlə, kerosinlə, benzinlə doldurulmuşdu...” - Ağalarov bildirib.
Onun sözlərinə görə, hazırda konsert zalı yoxdur, ümumiyyətlə, orada hər şey yanıb: “Bu salona girsəniz, oradan kiminsə sağ çıxacağına belə inanmazsınız. Lakin yanğından mühafizə sistemləri, çiləyici sistemlər, yanğınsöndürmə aparatları yaxşı vəziyyətdə olduğundan zalı bir neçə saat elə vəziyyətdə saxlayıblar ki, heç bir çökmə baş verməyib, insanların oranı tərk etmək imkanı olub. Aydındır ki, 6 min adam 2-3 dəqiqəyə zalı tərk edə bilməz. Üstəlik, terrorçular demək olar ki, bütün çıxışlara gedən insanları güllələyiblər”.
Şirkət rəhbəri konsert zalını bərpa edəcəyini də bildirib. Mütəxəssislərin hesablamasına görə, “Crocus City Hall”-a 12 milyard rubla dəyərində ziyan dəyib.
Yanğın təhlükəsizliyi sistemi ilə bağlı sualı cavablandıran Ağalarov deyir ki, hər şey yaxşı işləyib: “Sprinkler sistemi, robot şlanqlar və xəbərdarlıq sistemi vaxtında çalışıb. Hətta səhər saat 4-də xəbərdarlıq sistemini söndürməyimizi xahiş etdilər. Bütün sistemlər həmişəki kimi çox yaxşı işləyirdi.
Hücum zamanı zalın mühafizəçilərindən biri də öldürülüb. Kamuflyajlı adamlar maşından düşüb dörd Kalaşnikovla hamını atəşə tutmağa başlayıblar. Məncə 600 patron tabılıb, anlamalıyıq ki, bu hərbi əməliyyatdır. Bu halda mühafizə xidməti nə edə bilər”.
Crocus Group-un keçmiş vitse-prezidenti Emin Ağalarov da öz növbəsində əməkdaşlarının əməyini yüksək qiymətləndirib: “Təhlükəsizlik xidmətinin edə biləcəyi şey insanların evakuasiyasına kömək etmək, insanlara yanğın çıxışlarını göstərmək idi. Onlar həm yaralıları, həm də ölənləri daşıyırdılar ki, dağıntılar altında qalmasınlar. Mənim şəxsi rəyim çox yüksəkdir. Heç kim ərazini tərk etmədi, hətta qonşu binaların mühafizəçiləri də köməyə gəldi. Əlləri qan içindəydi, əllərindən gələni etməyə çalışırdılar. Amma Kalaşnikov avtomatına silahsız, dəyənək və şok etmə cihazı ilə müqavimət göstərmək mümkün deyil”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
"Holcim Azərbaycan" sement satışından gəlirini və mənfəətini açıqladı
-
12 saat əvvəl
Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılır
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 12 saat əvvəl
-
12 saat əvvəl
"Hazırda 2-ci fond üzərində də düşünürük, məqsədimiz beynəlxalq səviyyədə tanınan fond yaratmaqdır"
-
12 saat əvvəl
"40 milyon dollarlıq kapital cəlb etmiş tacikistanlı bir startapa yatırım etmişik"
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
100 milyard dollar kapitalı olan bank Azərbaycan üzrə uzunmüddətli investisiya proqramı hazırlayacaq
-
13 saat əvvəl
Azərbaycan şirkətinin 3-cü “Boeing 777” yük təyyarəsi Bakıya gəlib
-
15 saat əvvəl
Putin Rusiyanın Avropaya hücum planı ilə bağlı iddialara aydınlıq gətirib
-
15 saat əvvəl
Faiz xərclərinin artması FINCA Azerbaijan"ın mənfəətini "vurdu"
Son Xəbərlər

"Supertoys" şirkəti Bölgə müdiri təyin edib

Azərbaycan və Maldiv viza prosedurunun sadələşdirilməsini müzakirə edib - Əliyev Maldivə səfərə gedəcək

Azərbaycan şirkətinin 3-cü “Boeing 777” yük təyyarəsi Bakıya gəlib

Faiz xərclərinin artması FINCA Azerbaijan"ın mənfəətini "vurdu"

Azərbaycan ilk dəfə olaraq Özbəkistana elektrod ixracına başlayıb

"FİNCA Azərbaycan"ın işçilərinin sayı azalır

akart 2 beynəlxalq mükafata layiq görüldü

SOCAR Çin şirkətilə saziş imzalayıb

Əmanətinizə illik 10.5% artım – EXPRESSBANKDA

Dövlət Gömrük Komitəsi büdcə planına tam əməl edə bilməyib
.jpg)