“Yapı Kredi Bank Azərbaycan” ABA tərəfindən mükafata layiq görülüb
(®) 29 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının ümumi yığıncağı keçirilmiş və ənənəvi Bankçılıq Mükafatları – 2023 adlı tədbirdə üzv təşkilatlar, Ekspert Qrupları və tərəfdaşlar müvafiq nominasiyalar üzrə mükafatlarla təltif edilmişdir.
Qiymətləndirməyə əsasən Yapı Kredi Bank Azərbaycan 2023-cü il üçün “Korporativ sosial məsuliyyət”, “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)” və “Özünüməşğulluq Proqramında iştirak” nominasiyaları üzrə ABA tərəfindən mükafata layiq görülüb.
Yapı Kredi Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq hər zaman sosial məsələlərə həssas münasibəti ilə seçilmişdir. Yapı Kredi Bank Azərbaycan ölkəmizdə ISO 14001:2015 sertifikatını əldə edən ilk bankdır və ekoloji göstəriciləri daha da yaxşılaşdırmaq, eləcə də iqlim dəyişikliyi ilə mübarizəyə təkan vermək və ətraf mühitə olan təsiri minimuma endirmək bank üçün mühüm hədəflər kimi müəyyən edilmişdir. Bank həmçinin BMT-nin Qlobal Sazişinin universal prinsipləri əsasında qlobal iqtisadiyyata və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə vermək üçün öz üzərinə mühüm və məsuliyyətli korporativ öhdəlik götürmüşdür. Həmçinin 2023-cü ildə Yapı Kredi Bank Azərbaycan Özünüməşğulluq Proqramı çərçivəsində Qarabağ müharibəsinin iştirakçıları və şəhid ailələri olmaqla 8 aztəminatlı ailəni biznesini qurmaq üçün lazımi avadanlıqlarla təmin etmişdir.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 d. əvvəl
- 32 d. əvvəl
-
54 d. əvvəl
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə verilir
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib
Ən çox oxunanlar
ADY: Hövsan marşrutu üzrə qatarların alışı başlayıb
PAŞA Bank-dan sahibkarlar üçün yeni kredit kampaniyası
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
"Kapital Bank"ın istehlak kreditləri portfeli 5% artıb
Aprelin 18-də gözlənilən hava şəraiti






.jpg)
.jpg)







.jpg)







