Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ağdam Sənaye Parkında süd zavodunun tikintisinə mayda başlanılacaq

Zavodda holland pendiri, bəyaz pendir, yoqurt, 50 çeşiddə dondurma, şor, ayran, kefir, kəsmik və s. istehsal ediləcək
iç səhifə xəbər başlığı altı (mobil)_31
Ağdam Sənaye Parkında süd zavodunun tikintisinə mayda başlanılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Ağdam süd” MMC bu ilin may ayından zavodun tikinti işlərinə başlamağı planlaşdırır.

Bunu “Ağdam süd” MMC-nin təsisçisi Hafiz Tapdıqov deyib.

Onun sözlərinə görə, tikinti işlərinin ən azı 60 faizinin bu ilin sonuna kimi tamamlanması planlaşdırılır. Tikinti işlərinin aparılması üçün Ağdam Sənaye Parkında istehsal olunan inşaat materiallarından istifadə etmək nəzərdə tutulur. Zavodda holland pendiri, bəyaz pendir, yoqurt, 50 çeşiddə dondurma, şor, ayran, kefir, kəsmik və s. istehsal ediləcək. Müəssisədə minimum 40 daimi iş yeri yaradılacaq. 

H.Tapdıqov qeyd edib ki, ilkin mərhələdə müəssisənin istehsal gücü 5-10 ton olacaq. Lakin hədəf müəssisənin istehsal gücünün 50 tona çatdırılmasıdır.

© “Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı

Ağdam süd Hafiz Tapdıqov
04.03.2024 12:33
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18