Bütün bizneslər üçün Apple Pay və Google Pay ödənişləri
(®) Epoint.az KOS müştərilərinə Apple Pay və Google Pay tokenləşdirilmiş ödənişlərdən istifadə etməklə mal və xidmətlər üçün elektron ticarət ödənişlərini qəbul etmək imkanı verir.
Epoint Inc. CyberSource və beynəlxalq ödəniş şirkəti Visa ilə birlikdə, bütün növ bizneslər üçün e-ticarətdə Apple Pay və Google Pay ödənişlərinin qəbulu xidmətini işə saldı. Bu məhsulun əsas məqsədi, KOS və Mikro müştəriləri üçün, hətta veb-saytları və ya mobil tətbiqləri olmadan, bir neçə kliklə, öz müştərilərindən tokenləşdirilmiş ödənişləri qəbul etmək imkanını təqdim etməkdir.

Epoint bu xidmətə iki istiqamətdə qoşulma imkanı verir:
1. Müştərinin veb-saytı və ya mobil tətbiqi varsa, bir neçə dəqiqə ərzində təqdim olunan API protokolu vasitəsilə inteqrasiya edərək müştəriləri üçün Apple Pay və Google Pay ödəniş xidmətlərini qəbul edə bilər.
2. Müştərinin veb-saytı və ya proqramı yoxdursa, Epoint-ə qoşularaq ödəniş alətlərinə inteqrasiya olunmuş pulsuz mini-sayt (Biznes səhifəsi) əldə edə bilər. Müştəri, istənilən vaxt hansı növ ödənişləri qəbul etmək istədiyinə özü nəzarət və ödənişləri idarə edə bilər. Ödənişlərin qəbulu üçün hazır platformadan istifadə edərək, müştəri öz veb-saytını yaratmadan və xərcləri olmadan, dərhal ödənişləri qəbul etməyə və satış konversiyasını artıra bilər.

Hər iki istiqamət üzrə müştərilər, 2 kliklə tokenləşdirilmiş ödənişləri qoşa, satışlarını artıra, müştərilərinə ödəniş zamanı kartları yaddaşda saxlamadan ödənişləri icra edə, biometrik ödəniş yoxlaması vasitəsilə daha təhlükəsiz ödənişləri qəbul edə, həmçinin inteqrasiya xərclərini azalda biləcəklər.

Apple Pay və Google Pay ödənişləri Epoint platformasında yaradılan və ödəniş üçün müştəriyə göndərilən fakturalarda da mövcuddur. Beləliklə, ödənişləri qəbul etmək üçün dinamik hesab-fakturalardan istifadə edən şirkətlər də bir neçə kliklə tokenləşdirilmiş ödənişləri qəbul edə biləcəklər.
Apple Pay və Google Pay ödənişləri ödənişin sürətini artırmağa, orta ödəniş məbləğini artırmağa, həmçinin rahat ödəniş interfeysindən istifadə edərək ödəniş etmək üçün telefonundan istifadə edən müştərilərin loyallığını artırmağa kömək edir.
Tokenləşdirilmiş ödənişlər yemək çatdırılması, taksi xidmətləri, marketplace, ictimai nəqliyyat ödəniş xidmətləri və s. kimi bir çox tətbiqlərdə istifadə olunur.
Bu xidmətə qoşulan ilk müştərilər komissiyalarda 20% endirim əldə edəcək və dərhal endirimli qiymətlə ödənişləri qəbul etməyə başlaya biləcəklər.
"Əminik ki, yeni proqram təminatları, məhsullar və alternativ ödəniş üsullarının tətbiqi ilə biz biznesin onlayn rejimdə işləməsi prosesini sürətləndirə və ölkədə nağdsız ödənişlərin artımını stimullaşdıra biləcəyik", - Epoint startapının təsisçisi və direktoru Zeynal Kərimzadə bildirib.
Epoint-in Azərbaycanda elektron ticarət məhsullarının rəqəmsal inkişafı və təşviqi üzrə tərəfdaşı beynəlxalq ödəniş şirkəti Visa-dır.
Epoint Azərbaycandan 500 Global beynəlxalq akselerasiya proqramına seçilən və investisiya cəlb edən ilk Fintex şirkətidir.
Platforma haqqında sizi maraqlandıran bütün məlumatları +99470 242 99 66 nömrəsinə zəng etməklə əldə edə bilərsiniz.
Rəsmi internet saytı - https://epoint.az
Email - [email protected]
Epoint.az sosial şəbəkələrdə – Facebook, Instagram, Linkedin
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
18 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb









.jpg)












