Birjalarda son vəziyyət
ABŞ pərakəndə satış göstəricilərinin dərcindən sonra birjalarda risk iştahı artır. Bazarda ABŞ-da açıqlanan iqtisadi göstəricilər ilə yanaşı FED rəsmilərinin açıqlamaları da yaxından izlənilir. Son çıxış edən FED rəsmilərindən biri olan Rafael Bosticin sözlərinə görə, faiz dərəcəsinin azaldılması həddinə çatmaq üçün müəyyən vaxt lazımdır.
Yanvar ayında ABŞ-da pərakəndə satışların həcmindəki geriləmədən sonra proqnozların üzərində açıqlanan yüksək CPI göstəriciləri fonunda faiz endirimi ehtimalları azaldı.
ABŞ-ın 10 illik istiqrazlarının faizi cümə axşamı günü iki baza bəndi azalaraq 4.23%-lə bağlansa da, cümə günü istiqrazların gəlirliliyi yenidən 4.25%-ə yüksəlib.
Yanvar ayında ABŞ-da pərakəndə satışlar gözləniləndən çox 0.8% azaldıqdan sonra, iyun ayında faiz dərəcəsinin endirilməsi ehtimalı svop bazarlarda tam olaraq qiymətləndirilib.
Qarşıdan gələn bayram həftəsində investorlar pul-kredit siyasətinin istiqaməti ilə bağlı yeni məlumatlar üçün FED-in son iclasının protokollarına baxacaqlar.
FED Protokolları
Bayram səbəbiylə gələn həftə sakit olacaq iqtisadi təqvimdə çərşənbə günü FED-in son toplantısının protokolları ön plana çıxır.
FED rəsmiləri 30-31 yanvar tarixlərində keçirdikləri iclasda borclanma xərclərini dəyişməsələr də, mart ayında keçirdikləri görüşdə azalma ehtimalının aşağı olduğunu bildirdilər.
FED sədri Cerome Pavel də daxil olmaqla bir çox FED rəsmiləri inflyasiyanın FED-in 2%-lik hədəfinə doğru davamlı bir yolda olduğundan əmin olmaq üçün daha çox vaxt lazım olduğunu bildiriblər.
Bazarlar, güclü məşğulluq, ÜDM və inflyasiya məlumatlarından sonra faiz dərəcəsinin azaldılması ehtimallarını bir müddət ertələdikdən sonra iyun ayından başlayaraq bu il dörd dəfə 0.25%-lik faiz endirimi ediləcəyi proqnozlaşdırılır.
İnvestorlar həmçinin həftə ərzində Atlanta FED-in sədri Rafael Bostic, qubernatorlar Lisa Kuk və Kristofer Uoller və vitse-prezident Filip Ceferson da daxil olmaqla FED rəsmilərinin açıqlamalarını yaxından izləyəcəklər.
PMI məlumatları
Güclü əmək bazarına malik ABŞ iqtisadiyyatı davamlı olaraq yüksək qaldığı üçün qlobal tənəzzül ehtimalı ilə bağlı qorxular azalıb.
Çin iqtisadiyyatının resessiyaya uğraması və Almaniya iqtisadiyyatının bu il geriləməsi proqnozlaşdırılsa belə, cümə axşamı açıqlanacaq PMI məlumatları ABŞ xaricindəki mənzərənin o qədər də qaranlıq olmadığını göstərəcək.
Ən son ÜDM məlumatlarına görə, Avrozonada yanvar ayında sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi (PMI) məlumatları son altı ayda ən yüksək səviyyəyə çatdı və daralma zonasında olsa da, keçən ilin sonunda resessiyadan qurtulmağı bacarıb. Almaniyanın 4-cü rübün ÜDM məlumatları və “Ifo” Biznes Mühiti İndeksi cümə günü açıqlanacaq. Qeyd edək ki, Almaniyada biznes əhval-ruhiyyəsi ötən ay yüksəlib.
Bu həftə iqtisadi təqvimə həmçinin mövcud ev satışları və işsizlik müavinatı üçün müraciətlər haqqında məlumatlar daxildir.
EUR
Ardıcıl yeddinci həftədir avro dollar qarşısında ucuzlaşmaqda davam edir. Cari həftə ərzində açıqlanacaq Avrozonada və Almaniyada açıqlanacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) hesabatları, AMB-nin son toplantısının protokollarının dərci, Avrozonada İstehlak Qiymətləri İndeksi (CPİ) göstəriciləri investorların diqqət mərkəzində olacaq. Təhlillərə əsasən, EURUSD məzənnəsində “ayılar”-ın üstünlüyü davam edə bilər. 1.0750$ səviyyəsinin aşağı qırılması ucuzlaşmanı dərinləşdirə bilər.
GBP
Digər major valyutalar kimi funtda da ucuzlaşma davam edir. Cari həftə ərzində İngiltərədə açıqlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi (PMI) göstəriciləri investorların diqqət mərkəzində olacaq.
NEFT
Ötən həftəyə artımlarla başlayan “WTI” və “Brent” markalı neft həftənin son ticarət günündə bir qədər ucuzlaşıb və həftəlik şamlarını müvafiq olaraq, 78.55$ və 83.50$ səviyyələrində bağladı. Qeyri-müəyyənliyin davam etməsi fonunda bahalaşma davam edə bilər.
XAU/USD
Ötən həftə ərzində dollar qarşısında kəskin ucuzlaşan 1984$ qədər ucuzlaşan qızıl, bu qiymətdən dəstək alaraq bir qədər bahalaşdı və həftəlik şamını 2013$ səviyyəsində bağladı. Ehtimal olunur ki, 2000$ həddinin üzərində qaldığı müddətcə qızıl, bahalaşa bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 12 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti























.jpg)




