Azərbaycanın bankı prosessinq mərkəzini dəyişir - kartları fevralın 22-də işləməyəcək
AccessBank Azərikard prosessinq mərkəzinə keçirAzərbaycanın bank sektorunun aparıcı iştirakçılarından biri olan AccessBank, Azərikard prosessinq mərkəzinə keçir.
Bu barədə Marja.az-a Bankdan bildirilib.
Qeyd edilib ki, əsas məqsəd - rəqəmsal bankçılıq və kart xidmətlərinin təkmilləşdirilməsidir.
Prosessinq mərkəzinə miqrasiya 22 fevral 2024-cü il saat 10:00-da başlayacaq və 22:00-da tamamlanacaq.
Qeyd olunan müddət ərzində texniki işlərlə əlaqədar AccessBank-ın ödəniş kartları, eləcə də, bankomat və POS-terminalları müvəqqəti olaraq işləməyəcək. MilliÖn, eManat ödəniş terminalları, o cümlədən www.hesab.az platforması vasitəsilə əməliyyatlar, həmçinin www.accessbank.az saytında kredit ödənişləri müvəqqəti olaraq dayandırılacaq.
Məhdudiyyətlər sahibkarların əmək haqqı, korporativ və biznes kartlarını da əhatə edəcək. Bank filialları adi qaydada fəaliyyətini davam etdirəcək, lakin ödəniş kartlarından istifadə ilə bağlı xidmətlər göstərilməyəcək.
AccessBank müştərilərinə miqrasiya dövrü ərzində nəzərdə tutulan təcili ödənişləri, o cümlədən, kredit və digər ödənişləri daha erkən tarixdə həyata keçirmək və ya cash-in terminallarından və bank filiallarının xidmətlərindən istifadə etmək tövsiyə olunur.
Azərikard prosessinq mərkəzinə miqrasiya bank əməliyyatlarının səmərəliliyinin artırılması, müştəri məlumatlarının etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi, əməliyyatların sürətləndirilməsi, iş proseslərinin optimallaşdırılması, risklərin idarə edilməsi və xidmətin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Ən çox oxunanlar
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb























