İlk dəfə Xankəndi – Bakı ultra marafonu keçiriləcək
İlk dəfə Xankəndi – Bakı ultra marafonu keçiriləcək
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, fevralın 29-da Xankəndi şəhərindən start götürəcək ultra marafon iştirakçıları 360 kilometr məsafə qət edərək finişə Bakıda çatacaqlar.
Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil edəcəyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçiriləcək.
Ultra marafon iştirakçıları Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
“Qürurla irəli” şüarı ilə keçiriləcək ultra marafona qoşulmaq istəyən 18 yaşdan yuxarı hər kəs 20 fevral 2024-cü il tarixinədək https://ultramarathon.mys.az linki vasitəsilə qeydiyyatdan keçərək tarixi hadisənin iştirakçısı ola bilərlər.
Ətraflı məlumat üçün və ya qeydiyyat zamanı yarana biləcək hər hansı bir sualla bağlı [email protected] e-mailinə yazmaq və ya hər gün saat 09:00-dan 18:00-dək 187 qısa nömrəsi ilə əlaqə saxlamaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 19 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























